Ağır qəzanın ağrısı və ağır cəzası – Həlak olan
“Arzum”-qəza-cəza söhbəti çox böyüdü. Hər gün bir neçə dəfə bu cür qəzaların baş verdiyi ölkədə heç belə şey olmamışdı.
Bu ictimai ajiotajın, mübahisələrin bir neçə ciddi səbəbi var.
Birincisi tiktoker qadının bu cür cəzalanadırılmasının presedent ola biləcəyi ehtimalıdır.
Hər gün yüz minlərlə sürücü öz şəxsi avtomobilinin sükanı arxasına keçərək küçə və yollara çıxır və heç kəsin “Arzum” təxəllüslü İlduzə Hüseynova kimi görünməmiş qəzaya uğramaqdan sığortası yoxdur.
Bu cür qəzalar bir anın içində, şimşək parıltısı kimi baş verir, sönür və bəzilərinin həyatını söndürür, bəzilərinin həyatını qaraldır.
Məmləkət insanı anlayır ki, hər yol qəzasından sonra insanlar bu cür ağır şəkildə cəzalandırılsalar, ildə minlərlə sürücü həbsxanaya düşər.
Söz yox, avtoxuliqanlara, eləcə də sükan arxasında canavara dönən, başqa yol iştirakçılarının, piyadaların həyatına təhlükə törədən potensial qatillərə heç bir güzəşt olmamalıdır və onlar yollardan biryolluq yığışdırılmalıdır, amma təsadüfən baş verən qəzalara yanaşma başqa olmalıdır.
İ.Hüseynovanın düçar olduğu qəza o qədər də təsadüfi sayılmaz. Burada tiktoker qadının da təqsiri və məsuliyyət payı var. Ancaq yayılmış videolardan da görünür ki, əsas təqsir qəza zamanı həlak olan Amal adlı gəncdə olub.
Yaşayış məntəqəsinin içində sürət həddini iki dəfədən çox aşmaq “gəlirəm” deyən qəzanın tam özüdür. Adam........
