menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Timur və onun komandası – 2” niyə alınmadı?

30 0
22.09.2026

Yaşı 40-dan aşağı olan oxucular yazının başlığını ilk cəhddən anlamayacaqlar deyə bir zəruri və qısa izahata ehtiyac var.

Sovet dönəmində dərsliklərdə rus-sovet yazıçısı Arkadi Qaydarın “Timur və onun komandası” adlı hekayəsi tədrus edilirdi. Yazıçının oğlunun da adı Timur idi və həmin Timurun oğlu Yeqor ötən əsrin 90-cı illərində 6 ay Rusiyanın baş naziri, daha sonra isə baş nazirin 1-ci müavini oldu.

Həmin əsərdə pioner Timur başına özü kimi pionerləri yığır və qocalara, kimsəsiz adamlara təsərrüfat işlərində kömək edir.

Bu yazıda isə söhbət başqa Timurdan, əsasən onun atasından gedəcək.

Həmin atanın ad-soyadı Ramiz Mehdiyevdir və bu ölkədə hər kəs onu yaxşı tanıyır.

1 il öncə Prezident Administrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyevə qarşı dövlət çevrilişinə cəhd, dövlətə xəyanət ittihamları irəli sürüləndə ilk gündən aydın idi ki, bu ittihamlar boşuna deyil, ciddi əsasları var.

Çünki Ramiz Mehdiyev mövcud iqtidar komandasının formalaşmasında, hakimiyyətdə möhkəmlənməsində müstəsna xidmətləri olan bir fiqurdur və başqa sabiq yüksək mənsəblilərlə eyni mərtəbədə deyil ki, xidmətləri qiymətləndirilməsin.

Düzdür, bəziləri ona qarşı ittihamların səbəbini “yığdıqlarını əlindən almaq” istəyi ilə izah etməyə çalışdılar, amma bu havayı söhbət idi.

O vaxt R.Mehdiyevin Rusiya rəhbərliyinə ünvanlanmış məktubu və 50 nəfərdən ibarət komanda formalaşdırdığı barədə bilgilər yayılmışdı. Gözlənilirdi ki, ev dustağı edilmiş Mehdiyevdən sonra bu işlə bağlı xeyli adam həbs olunacaq. Elə olmadı. Bu işlə bağlı daha 5-6 nəfər həbs edildi, ancaq həbslər........

© Müsavat