menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Ağa, siğə bəxahi” məsələsi - yeniyetmə qızlara

21 0
13.10.2026

Hicab baş geyimidir – dünyanın 200 ölkəsində geyilən baş örtülərindən biridir. Ona namus, əxlaq dəyərləri yükləmək düzgün deyil.

Ümumiyyətlə, dünyada baş geyimi olmayan xalq yoxdur. Hamısında həm kişi, həm də qadın üçün nəzərdə tutulan baş geyimləri var. Bizi buna təbiət, iqlim məcbur edir. Soyuq ölkələrdə baş geyimləri həm kişilərin, həm də qadınların başını şaxtadan, sazaqlı küləklərdən qoruyur, isti ölkələrdə isə yandırıcı günəş şüalarından.

Bəzi ölkələrdə isə onu əxlaq-namus simvolu elan edərək, əlavə funksiyalar yükləyiblər. Nəticədə hicab, türban, niqab, paranca kimi örtülər adi baş geyimi olmaqdan çıxıb.

Bu günlərdə üzü açıq görünən bir hicablı xanım çəkib yaydığı videoda hicab geyməyən qadınların ərlərini və digər kişi qohumlarını qeyrətsiz adlandırdı. Birdən-birə milyonlarla kişi təhqir olundu.

Əslində isə üz-gözü, ağzı-burnu göründüyü üçün daha radikal islam ölkələrində (məsələn, Əfqanıstanda və vəhhabizmin hökmran olduğu məmləkətlərdə) də onun ərini və ya qardaşını qeyrətsiz, özünü isə əxlaqsız hesab edə bilərlər. Çünki onların düşüncəsinə görə, qadının nəinki, saçı, heç gözü də görünməməlidir, dünyaya qalın tor arxasından baxmalı, nəfəsi də oradan almalıdır - aşağıdakı şəkildə olduğu kimi.

Belə çıxır ki, dünyada nə qədər hicab geyən qadın varsa, hamısı əxlaqlıdır, namus mücəssəməsidir, hicabsız qadınlar........

© Müsavat