menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Şeyx Nəsrullah Özbəkistandan gəlib

29 0
14.03.2026

Şeyx Nəsrullahın ölüləri dirildəcəyinə inananların nəticələri-kötücələri bu dəfə də özbək “həkim”ə inanıblar. Üzr istəyirəm, keçmiş müğənniyə, ikiqat dələduz “türemşik”ə, həkimlikdən başqa başı hər şeydən çıxan adama. Düzülüblər qapısına, o da 60 manatdan hamısını qəbul edib. Ta ki, polis özünü çatdırana kimi. Yenə yurdumun gözəl insanları “kim olur olsun, xaricdən gələn olsun” prinsipi ilə qeyri-azərbaycanlı bir həkimə sitayiş ediblər. Fikir vermisizsə, bizim klinikalarda da əsas axın Türkiyədən gələn “uzman doktor”adır. Yerli həkimlərimizin də o uzmanları bu səbəbdən görən gözü yoxdur. Deyirlər, bizim camaatın gözünü boyayırlar, halbuki heç bir özəllikləri, xüsusi istedadları yoxdur.

Nəsə, mətləbdən uzaqlaşmayaq. Əməliyyatda ad günü tortu üfürən, xəstəni əməliyyat edən yerdə “Tombul, tombul...” mahnısının sədaları altında göbək rəqsi edən, xəstənin dalağı yerinə böyrəyini qoparan həkimlərdən yarımışdıq, burdan da özbək gəlib........

© Müsavat