Quru-quru çay içən utanmazlar
Kim deyir ki, biz pul qazanmağı bacarmırıq? Kim iddia edir ki, Azərbaycanda çörək aslanın ağzındadır və onu əldə etmək üçün ölüm-dirim mübarizəsinə girməlisən? Razılaşmıram və təkcə son bir neçə gündə gördüyüm bir neçə nümunə düşünməyə əsas verir ki, məşhur məsəldə deyildiyi kimi. uşaqlar da yetişib, şərait də. Turizm mövsümüdür, Allah heç qoymasa. Havalar isti, imkanı çatan xarici ölkələrdə, nisbətən zəif imkanlılar ölkə içində, kasıblar da çayxanada, parkda, bulvarda. Birincilərlə işim yox, çünki onlar heç bir şərt daxilində özlərini aldadılmış, üzr istəyirəm, loxlanmış hesab etmirlər. Çünki onların böyük əksəriyyəti brend, marka, səviyyə deyə-deyə onsuz da onlara sırınan hər şeylə qeyd-şərtsiz razılaşırlar. 3 manatlıq malı 100 manata alanda belə “zato”, “bu, firmadı e” deyib, özlərinə təsəlli arqumenti yarada bilirlər.
Mən ümidi hər yerdən üzülüb regionlara və Bakıdakı məkanlara üz tutanlardan danışacam. Məlum, “nə olursa olsun, təki ölkədən çıxım” eşqi ilə tutuşanlar da qatarla Tiflisə səyahət edib, “xərçənglərin harada qışladığını” öyrəndilər artıq. Zarafat deyil, adam bilet alıb Tiflisə gedir, geri qayıda bilmir. Hoqqaya bax. Ölkədəki turizm şirkətləri isə “Şok fürsət” başlığı ilə Tiflisdən Bakıya qatar bileti təqdim edirlər. Bu niyə matah oldu axı? Defisitdi bəyəm? Bizim uşaqlığımızdakı talonlu ət-yağ növbəsidir? Üstəgəl, Tiflisə gedəndə gürcü turizmi də səni gözlədiyin kimi qarşılamır. Qiymətlər kəllə-çarxda, xidmət bərbad səviyyədə, kiçik şəhər,........
