Dələduza baş qurban!
O gün özünü ictimai fəal-jurnalist adlandıran biri ölkə üzrə dələduzluqda ad çıxarmış şəxsi elə cani-dildən müdafiə edirdi ki, şok keçirdim. Adam az qala ekrandan barmağını gözümüzə soxaraq deyirdi ki, dələduza dələduz deməyə haqqınız çatmır. Bir az da keçsə, ağzı köpüklənərək, “nə olsun ki, çox adama pul atıb. Zato yaxşı kişidir” deyəcəkdi. Mən belə psevdo fəallardan gördüyümü görmüşəm deyə üzərində çox dayanmaq istəmirəm. Amma baxıram ki, bir az da keçsə, cəmiyyətdə dələduzları, şarlatanları, psevdo həkimləri... müdafiə edənlərin sayı artacaq. Oğrunun günahı olmadığını, ev sahibinin sadəlövh, tədbirsiz, ağılsız, maymaq... olduğunu düşünənlər çoxalıb. “Bacarana baş qurban” məsəli bəlkə də bizim ölkədəki kimi heç yerdə bu qədər çox işlənmir. Ümumiyyətlə, bilmirəm, uzaq Afrikada, Amerikada, ya da Portuqaliyada dələduzlara stimul verən, onların ağlına heyranlıq duyan el məsəlləri mövcuddurmu?
Dəli olmamaq əldə deyil. Həkimə gedirsən, onun diplomsuz, təhsilsiz biri olmadığından əmin deyilsən. Özün yoxlamalısan. “Düzgün həkim tanışın var?” bu cümləni ancaq bizim ölkədə qururlar bəlkə də. Necə yəni, düzgün, diplomlu, həqiqi həkim? Amma var axı. Adam özünə saxta diplomlar düzəldir, otaq kirayələyir,........
