menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Başın ağrıyır, başına qurban!

15 0
17.11.2025

Biz niyə problemlərimizi həll edəndə sağ əlimizlə sol qulağımızı qaşımaq kimi bir çıxış yolu tapırıq? Niyə başı ağrıyanın başını kəsmək, dişi azacıq sızlayanın dişlərini söküb yerinə implant əkirik? Problemlərin həlli nəyə görə belə radikal üsullardan keçir? Məsələn, aylardır, illərdir ki, Bakı-Sumqayıt yolu ağlar gündədir. Xüsusən də yolun Bakı-Xırdalan-Masazır hissəsini keçmək təxminən Berlin divarlarını aşmağa bənzəyir. Razıyam, bir qədər enli yoldur, az-çox manevr etmək olur. Amma tıxac problemini həll etmək üçün ora da avtobus zolağı çəkdilər. Halbuki Xırdalana-Masazıra-Sumqayıta gedən əksər avtobuslar həmin yoldan yox, aşağıdan, metronun Avtovağzal stansiyasının qarşısından keçir, ordan sərnişin toplayırlar. Gəlin birlikdə gedək o zolaq boyu yarım saat boyunca monitorinq keçirək. Görək yarım saatda ordan neçə avtobus keçəcək?

Mən ictimai nəqliyyatın fəaliyyətinə şərait yaradılmasının lehinəyəm. Hətta o qədər lehinəyəm ki, ictimai nəqliyyatımız çatımlı və sürətli olsa, sürücülərin 50 faizinin öz maşınlarından imtina edib, ictimai nəqliyyatdan istifadə edəcəyinə əminəm – başda özüm olmaq şərtilə. Cərimə, parkinq, polis, qəza, tıxac təlaşı yox, rahat oturursan yerində, kitabını oxuya-oxuya, telefonunda oynaya-oynaya mənzil başına çatırsan. Cənnət kimi! Amma bu günə qədər edilənlər çarə adına edilən çarəsizliklərdir axı. Avtobus........

© Müsavat