Şah, kral, çar babalar və müasir fatehliyin limi
Mistikadır, nədir, şah babalar haqqında bu yazını yazmağa başlayanda Feysbukda qarşıma hələ 17.07.2020-ci ildə yazılmş bir şeir çıxdı. Şeirin ilk misrasını yazım, sonra mətləbə keçərəm. Böylədir:
“Qalx ayağa, şah babam, yurdun viran olubdur”.
Şairənin kimi nəzərdə tutduğunu bilirsiniz, son günlər gündəmdə özüdür və Həmid Herisçi demişkən, şimali azərbaycanlılar israrla ondan ayağa qalxmasını tələb edirlər.
Şeirin yazılma tarixini əbəs yerə qeyd etmədim. Bu, erməniləri Tovuzda Qaraqaya istiqamətindən hərbi hissələrimizi atəşə tutduğu, general və polkovniklərimizi şəhid etdiyi vaxt yazılıb.
O vaxt doğrudan da bir Heydər oğlu İsmayıla ehtiyac vardı. O, üzrlü səbəbdən viran olmuş yurdun müdafiəsinə qalxa bilməsə də, başqa bir Heydər oğlu bu işi gördü və məsələ 44 günün içində bitdi.
İndi Tenqriyə şükür, dövlətçiliyimiz yerində, ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimiz qorunur, torpaqlarımız özümüzdədir. Hətta son informasiyaya görə, 5-6 il öncə daşı daş üstə olmayan Cəbrayıl turizm mərkəzi halına gəlib,. ötən ilin ilk rübündə Cəbrayıla gedən turistlərin sayı 914 nəfərdən artaraq 8 min 215........
