menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Səyahət sektorunda siyah günlər

11 0
yesterday

O gün saytımızda Sinqapur vətəndaşlarının 192 ölkəyə və əraziyə vizasız səyahət edə bilməsi barədə bir xəbər vardı. Oxuculara yaman maraqlı gəlib.

Dünya xəritəsində nöqtə boyda görünən Sinqapurun pasportunun belə hörmətli olması təəccüblü görünə bilər, amma həmin siyahıda ikinci yeri bölüşdürən Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin nailiyyəti təsadüfi deyil. Bu ölkələrin pasport daşıyan vətəndaşları 188 ölkə və əraziyə vizasız gedə bilirlər.

Dünyada isə 200 civarında dövlət var. Həmin 200 dövlətin yalnız 72-si bizim vətəndaşlardan viza tələb etmir. Onlar da qonşu ölkələr, “keçmiş SSRİ qardaşlarI”, Afrika ölkələridir. Bir də Mikroneziya kimi ölkələr var ki, bizə “çamadanınızı götürün, minin təyyarəyə, gəlin” rejimi tətbiq edir. Sadəcə, biz öncə gərək Mikroneziyanın harada, hansı qitədə, hansı böyük ölkənin yan-yörəsində yerləşdiyini öyrənək. Azıb gedərik Yeni Kaledoniyaya-filana, 2-3 min adanın arasında kərəvəngə qalarıq.

Əslində çoxumuz istərdik ki, heç olmasa 140 ölkəyə, xüsusilə də Avropa ölkələrinə vizasız gedə biləydik. Amma o ölkələr bizə bu yaxşılığı etmirlər, qorxurlar ki, mərakeşlilər İspaniyanın anklavına cumduqları kimi, biz də onların........

© Müsavat