Qonşunu tüfənglə hədələrsən... – o da əlini təti
Söhbətə bir lətifə ilə giriş edək, sonrası nə olar, olar.
Deyirlər, bir Anadolu məktəbində müəllim uşaqlardan soruşur: “Uşaqlar, bax, tez-tez “Süleymana qalmayan dünya” ifadəsi işlədirlər. Sizcə, bu ifadə Süleyman peyğəmbərə aiddir, yoxsa sultan Süleymana?”
Heç kim dinmir. Sinifin şuluq uşağı ayağa durub deyir: “Müəllim, nə fərqi var ki? Dünya ikisinə də qalmayıb”.
İndi o uşağın sözü olmasın, Xomeyniyə qalmayan dünya Xamneyiyə də qalmadı. Heç Trampa da qalmayacaq. Bir gün eşidəcəyik, bu zatı ali də köçdü, sındı telli sazı, tazanə qaldı.
Dünya heç Netanyahuya da qalası deyil. Bir gün bir yerdə onu da vurğun vuracaq. Adama bu qədər qarğış edirlər, lənət oxuyurlar, bir yerdən çıxacaq. O vaxt qəddar hökmdar Yavuz Sultan Səlimə də çox lənət oxuyurmuşlar, axırda belində “şirpəncə” çibanı çıxıb, o boyda adamı, 3 qitədə yerləşən imperatoru, iki ocağın (Məkkə və Mədinə) sahibi olan xəlifəni 50 yaşındaykən öldürüb.
Dünya heç kimə qalmayacaq. Şair Məmməd Araz əbəs yerə deməyib ki, “dünya sənin,........
