Oruellin personajları – odioz işğalçı ədalətdən
Məşhur ingilis yazıçısı Corc Oruell (1903-1950) sağ olsaydı, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin X sosial media platformasında onun “1984” adlı antiutopik romanından sitat gətirdiyinə görə qürur duymazdı, xəcalətindən yerin dibinə girərdi.
Çünki Oruell bu və digər romanını (“Ferma”) məhz Medvedyevin siyasi sələflərinin qurduğu və idarə etdiyi SSRİ-yə dair yazıb. İndi işə bax ki, Mevedyev özlərinə deyilmiş sözü özgələrə aid edir.
Əslində həyatda Corc Oruell ad-soyadlı adam olmayıb. Sözügedən əsərlərin müəllifinin əsl adı Erik Artur Blerdir, “Corc Oruell” onun ədəbi təxəllüsüdür. O, Britaniya Hindistanında, kolonizator ailəsində doğulub, özü də yekələndə indiki Myanmada polis orqanlarında işləyib. Ancaq bu şəxs totalitarizm və nasizmin sərt tənqidçisi olub. Bu saat dünyanın elə bir ölkəsi yoxdur ki, onun əsərlərini oxumasınlar. Hətta totalitarizm və nasizm yuvası olan ölkələrdə də siyasətlə maraqlananlar Oruellin romanları oxuyurlar.
Qabriel Qarsiya Markesin........
