İldırımlı yollarla – bu, təkcə balet adı deyil,
Xalq arasında “Feheen” adlandırılan dövlət idarəsinin, yəni Fövqəladə Hallar Nazirliyinin pis havalarda təhlükəsizliklə bağlı xəbərdarlığını qəti qəribçiliyə salmayın. Düz deyirlər.
Bəzi yoldaşlar isə “təbiətdə pis hava yoxdur” deyərkən düz demirlər. Təbiətdə elə pis havalar var ki, həmin romantik-optimist adamlar ona düşsələr, gəlib FHN-dən də ciddi xəbərdarlıq edərlər. Teymurləng demişkən, ildırımı, seli, çovğunu var bu dünyanın.
Dağlarda və dağətəyi yerlərdə kənd yumurtası boyda dolu yağdığı olur, başını qorumasan, kəllə travması qaçılmazdır. Bəs niyə “kəlləb-beyin travması” yox, eləcə “kəllə travması”? Ona görə ki, beyni olan adam kəlləsini o cür dolunun altına verməz.
Ona görə də FHN-nin tövsiyələrinə quaq asmaq, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən uzaq durmaq lazımdır. Bir də görürsən, külək həmin yüngül konstruksiyalı tikilinin dam örtüyünü göyə qaldırır və yaxınlıqdakı maşınların üstünə, yol keçənlərin başına salır. Adı yüngüldür, amma o konstruksiyalar maşınları əzəcək, insanlara........
