Hələ bu dəlisovların tapançası olsaydı...
Mister Koltun Qoddan (ingilislərin ilahisi) daha ədalətli olduğu barədə yumoristik kəlamı bilirsiniz, yəqin. Deyir, Yaradan insanları qeyri-bərabər yaradıb, birini qoluzorlu, o birini arıq-sısqa edib, amma mister Kolt öz ixtirası ilə o səhvi düzəldib, insanların şansını bərabərləşdirib.
Gənc nəsl üçün mister Koltun (Semyuel Kolt -1814–1862)) məşhur tapança ixtiraçısı olduğunu aydıralım.
Gerçəkdən də o ixtiradan sonra 190 santimlik, 100 kiloluq Arnold 165\55 göstəricili Tomu qapazlaya bilmədi. Hətta belindən “Kolt”unu çəkən Tom Tibet ayısı boyda olan gədələri diz çökməyə vadar etdi. İkisində də tapança olanda isə daşın-divarın arxasına girib atışdılar. Yəni sağ qalmaq şansları bərabər oldu.
Ancaq günümüzdə belə bir reallıq əmələ gəlib: mister Kolt və digər silah ixtiraçıları minlərlə, hətta milyonlarla adamı əli, beli silahlı psixopatların qarşısında şanssız duruma qoyub.
O gün Türkiyədə, ondan 1-2 gün sonra isə Polşanın Krakov şəhərində psixopatlar öz yolu ilə gedən məsum insanları güllələyiblər. Sadəcə, qatillərin kefi istəyib ki, adam öldürsünlər və qarşılarına çıxan təsadüfi adamları qətlə yetiriblər.
Təsəvvür edin, turist qadın Krakovun........
