Bir hadisənin exosu və qoxusu
Bir köhnə sovet lətifəsi var, informasiyanın uğursuz şəkildə ört-basdır edilməsi cəhdindən bəhs edir. Sözü çox uzatmadan, qısa şəkildə o lətifəni yazım, sonra mətləb üstünə gələrəm.
Brejnevin dövründə ölkədə nə baş verirmişsə, dərhal əks-sədası “Amerikanın səsi” radiosundan gəlirmiş. Hətta ölkə rəhbərliyi siyasi büroda bir qərar qəbul edib dəhlizə çıxarkən eşidirmişlər ki, bay, “Amerikanın səsi” artıq bu barədə danışır. Rəhbərlər yığışır, müzakirə aparır, axırda bu rəyə gəlirlər, aramızda xaricə xəbər sızdıran məlunlar var, indən belə heç kəs nə iclas zalını tərk edəcək, nə də kimsə zala girəcək. Razılaşırlar. Növbəti iclasın gedişində Brejnevi bərk qarınağrısı tutur. Yaşlı adamın özünü batırmaq-bəzəmək təhlükəsi yaranır. Elə bu dəm rəhbərin köməkçiləri əllərində aftafa-ləyən içəri girirlər. Brejnev soruşur ki, nə bildiniz belə bir vəziyyət yaranıb. Baş köməkçi deyir, “Amerikanın səsi” xəbər verdi.
Lətifənin yumoru öz yerində, mənası odur ki, informasiyanı sıxıb-saxlamaq mümkün deyil, maye qaz (və ya bağırsaq qazı) kimi şeydir, iynə ucu boyda yer tapıb çıxacaq, ondan sonra gəl onun exo-qoxusuna döz........
