menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Arazı ayırdılar – 70 yaşlı milyarderlə 27 yaşlı

24 0
31.03.2026

Bilmirəm Araz Ağalarovun 43 illik həyat yoldaşından ayrılaraq 27 yaşlı qızla ailə qurduğu barədə xəbəri eşidəndə bəzi kollektivlərdə qızlar kədərləndilərmi, oğlanlar eyvana siqaret çəkməyə çıxdılarmı, amma orası yəqindir ki, xəbər heç də ürəkaçan türdən deyil.

Adamın 70 yaşı var, dünya da fani dünyadır. “Yaşın nə fərqi var” söhbəti isə mahnı sözləridir. Əslində yaşın çox fərqi var. 17 yaşında 42 kilometri birnəfəsə qaça, rekord qıra bilərsən, 70 yaşda 70-cə metr qaçsan, kəhildəyə-kəhildəyə qalarsan, üstünə ambulans gələr.

Düzdür, milyarder olandan sonra adam canının qayğısına, sağlamlığınnı qeydinə yaxşı qalır, həmişə gümrah olur, cavan görünür, ancaq o da bir yerə qədərdir. Qoca çinar da kənardan əzəmətli görünür, amma bir də görürsən, külək əsdi, çinar böyrünü qoydu yerə.

Belə şeylər xaricdə çox olur: milyarderlər gənc qızlarla ailə qururlar. Məsələn, milyarder Robert Merdok bir neçə il öncə 92 yaşında beşinci dəfə Ann Lesli adili qadınla evlənib.

Hazırda “gənc ailə” harada yaşayır, təzətoylular necədirlər, salamatdırlarmı, ailədə “bi........

© Müsavat