“Yağış duası”, “kafir siyahısı”, “acından öl, İs
Əl altında üç din xəbəri var. Daha dəqiqi, üçü də dini cəhalətə dair xəbərdir.
Birincisi odur ki, BƏƏ-də xalqı səhər saat 5.59-da məscidlərə dəvət ediblər ki, yığışıb dua etsinlər, yağış yağdırması üçün gözəgörünməzə yalvarsınlar.
İkincisi budur ki, Əfqanısyandakı şəriət rejiminin kəşfiyyat orqanları başqa məzhəbdən olanların, xristianların siyahısını tutur.
Üçüncü xəbər isə çox dəhşətlidir: Obamanın ata vətəni Keniyada bir axmaq sekta rəhbəri 190 uşağı və 1 yetkin şəxsi acından öldürüb ki, onlar bu minvalla İsa peyğəmbərlə görüşsünlər.
Birincidən başlayaq. Görəsən, o boyda ölkədə yağışın təbiətdəki su dövranının bir mərhələsi olduğundan, günışin dənizi, gölü, çayı, torpağı qızdırmasıyla suyun buxarlanmasından, buxarlanan mayenin atmosfer qatında kondensasiyaya (soyumaya) məruz qalaraq buluda çevrilməsindən və buludlarının səmanın bir-iki kilometrliyində toplaşmasından xəbəri olan yoxdurmu?
Adicə “Bürc Xəlifə”nin təpəsinə dırmaşanda buludların içinə girmək olar - əgər varsa. Yəni buludlar Allahdan çox-çox aşağıdadır və bu dua, şüa, hətta PUA ilə əmələ........
