“Çar ilə pəncü şeş” lider - fırlanan heykəlin da
Xəbəriniz var yəqin, yoxdursa da, indi olsun, özbək qardaşların sözü olmasın, Amerika Qoşma Ştatlarında (AQŞ) üzərində prezident Donald Trampın əksi olan 1 dollarlıq sikkə buraxılıb.
Düzdür, bu 1 dollarlıq sikkə tədavül üçün deyil, kolleksiya məqsədi daşıyır, amma indiyədək belə şey olmayıbmış. Tramp son 100 ildə ilk sağ prezidentdir ki, ölkə valyutasında əksi yer alır.
Bunun təşəbbüskarı maliyyə naziri Skott Bessentdir. O, kitabdan-kitaba salıb, sağa-sola tüyünüb, axır ki, şefinə belə bir sürpriz edib. Hələ ser Bessent 250 dollarlıq kağız əskinas da buraxdırmaq niyyətində olub, Konqres imkan verməyib.
Siz Raşmor dağında 5-ci president olaraq öz nəhəng büstünün yonulmasını istəyən, Hörmüz boğazına “Tramp boğazı” deyilməsini tələb edən, arada bizin Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılmasını uman misterin nə qədər təvazökar biri olduğunu bilirsiniz, bu xüsusda danışmaq artıq olar.
Yeri gəlmişkən, bizim üçün o qədər də fərqi yoxdur, təki Zəngəzur dəhlizi açılsın, adı nə olur, olsun. Hərçənd elə qatı patriotlarımız var ki, o dəhliz “Aşot-Armen yolu” adlandırılsa, ömür-billah o yoldan keçib Ordubada getməzlər. Belə baxanda o yol bizimdirsə, niyə........
