“Allahın zopası yox” deyərlər, fanatiklər “var”
8-9 il öncəydi, 1 manatlıq taksiylə “20 Yanvar” dairəsindən Müşviqabada gedirdik. Avtovağzal kompleksinin tuşuna çatanda gördük ki, qəza olub, iki maşın bir-birinə çırpılaraq aşıb, xurd-xəşil olub və təcili yardım briqadası ölənləri ambulansa yükləyir.
Bütün yol iştirakçıları kimi bizim taksi də sürəti azaltdı və biz dəhşətli mənzərəni necə lazımdırsa, eləcə də gördük. Yol yoldaşlarımızdan biri müdrikcəsinə dedi: “Allahın işidir də, nə etmək olar”.
Bu sözü deyən adam təxminən mənimlə yaşıd olardı, yaşlı adam olsa, dinməzdim, amma Allahı müdafiə etmək məqsədilə dedim ki, bu qəza Allahın işi deyil, ya o toqquşan avtomobillərin sürücülərindən birinin, ya da hər ikisinin işidir, sürətlə sürməsəydilər, maşınları bu şəkildə əzilməzdi.
Ta heç kəs etiraz etmədi, amma yenə də qəzanı qədər-qismətə bağladılar, “alın yazıları o qədər imiş” dedilər.
İndi baxıram ki, Nepaldakı faciəvi təbii fəlakəti, seli, daşqını, 1000-ə yaxın insanın ölümünü də “Allahın işi” hesab edənlər və bu qəzəbli qisasdan ləzzət alanlar var.
Nə var, nə var, bir müddət öncə Nepalda səfeh və cahil fanatiklər Qurani-Kərimi və məscidi........
