menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Türkiyədən Bakıya mesaj: “Qarabağ fatehi İlham Ə

30 0
03.10.2026

Son günlər Türkiyənin sosial media məkanında Azərbaycana və Prezident İlham Əliyevə qarşı başladılan kampaniya müəyyən çevrələrin arzuladığı nəticəni vermədi. Əksinə, bu kampaniya Türkiyədəki həqiqi dostlarımızın, türk milliyyətçilərinin, ülkücü camiənin, dövlətçi və vətənpərvər kəsimlərin mövqeyini daha aydın şəkildə ortaya çıxardı.

Bəli, səs-küy salanlar var. Azərbaycanı tanımadan, onun keçdiyi yolu bilmədən, Qarabağ uğrunda verdiyimiz şəhidlərdən, 30 illik işğaldan, 44 günlük Vətən müharibəsindən xəbərsiz halda bizə ağıl verməyə çalışanlar var.Bunlar daha çox ultra radikal dinçi platformalar, təriqətlər, sektalardır.

Ancaq onlar Türkiyə deyil!

Onlar nə türk dövlətinin mövqeyini ifadə edir, nə də böyük türk millətinin iradəsini təmsil edirlər.

Bu gün Türkiyədə uzun illər dövlət və siyasət səhnəsində olmuş, Türkiyə siyasətinin dərinliklərini bilən, ülkücü camiənin əfsanəvi simalarından sayılan çox dəyərli bir dostum mənə bu mesajı göndərdi:

“Kim ne derse desin; özellikle son dönemde siyasal islamcılar, müslüman görünümlü TÜRK düşmanları İsrail-Filistin çekişmesi üzerinden canımız Azerbaycan’a ve onun Karabağ Fatihi İlham Aliyev Başkan’a havlamaya başladı. Biz Türk milliyetçilerinin ne Filistin ne de İsrail gibi bir gündemi yoktur. YAŞASIN AZERBAYCAN, YAŞASIN TÜRKİYE! NE MUTLU TÜRKÜM DİYENE!”

Bu sözlərin müəllifi sıradan biri deyil. Həyatını Türkiyə dövlətinə və türk millətinə xidmətə həsr etmiş, siyasətin həm görünən, həm də görünməyən tərəflərini bilən, Azərbaycan sevgisini heç vaxt gizlətməyən çox tanınmış bir isimdir. Bur zamanlar isə Türkiyə hökumətinin başında dayanan şəxslərin "özel kalem" müdiri vəzifəsini daşımışdır. (Birbaşa rəhbərə bağlı Xüsusi katibliyin rəisi)

Adını yazmıram. Çünki özündən icazə almamışam. Özü uyğun bilərsə, adını da açıqlayaram.

Amma onun mesajı təkcə bir nəfərin mövqeyi deyil. Bu, Türkiyədəki böyük milliyyətçi, ülkücü və dövlətçi cameənin, əslində GERÇƏK TÜRKİYƏNİN düşüncəsidir.

Türkiyə Azərbaycana qarşı deyil

Son günlər mən Türkiyədəki çox qədim dostlarımla əlaqə saxlamışam. Onların arasında AK Partiyaya, MHP-yə, İYİ Partiyaya yaxın olanlar da, sol düşüncəni bölüşənlər də, siyasətçilər, jurnalistlər, dövlət adamları və ülkücü dava yoldaşlarımız da var.

Demək olar ki,........

© Müsavat