menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nuru Paşadan İlham Əliyevə – Bakıdan Qarabağa uz

11 0
yesterday

Bu gün Bakının qurtuluş günüdür!

108 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Azərbaycan əsgərləri ilə çiyin-çiyinə döyüşərək Bakını bolşevik-daşnak işğalından azad etdi.

Həmin gün yalnız Bakı qurtulmadı. Azərbaycan istiqlalı xilas edildi, milli dövlətimizin ürəyi yenidən döyünməyə başladı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuşdu. Ancaq Bakı hələ yad qüvvələrin əlindəydi. Milli hökumət Gəncədə fəaliyyət göstərirdi. Bakısız Azərbaycan vardı, amma Bakısız Azərbaycan istiqlalı yarımçıq idi. Çünki Bakı dövlətimizin başı, paytaxtı, siyasi və iqtisadi güc mərkəzi idi.

Məhəmməd Əmin Rəsulzadə və istiqlal mücahidləri bunu hər kəsdən yaxşı anlayırdılar. Bakı azad olunmasa, yenicə elan edilmiş dövlət də uzun müddət yaşaya bilməzdi. Azərbaycanın köməyə ehtiyacı vardı və millət üzünü ən güvəndiyi ünvana – qardaş Türkiyəyə çevirdi.

Səsimizə səs verən yenə Anadolu oldu.

O, Azərbaycana yad bir ordunun komandanı kimi gəlmədi. Qardaşının harayına yetişən türk övladı kimi gəldi. Qafqaz İslam Ordusunun əsgərləri bu torpaqları yad torpaq saymadılar. Azərbaycanın qurtuluşunu Türkiyənin, türk millətinin şərəf məsələsi bildilər. Döyüşdülər, şəhid oldular, qanlarını qanımıza, talelərini........

© Müsavat