menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Çoxbayraqlı Turan qurulur - Daşkənddən dünyaya v

26 0
23.08.2026

Azərbaycan və Özbəkistanın imzaladığı “Əbədi dostluq haqqında Müqavilə” yalnız iki dövlətin deyil, bütövlükdə Türk dünyasının gələcəyinə qoyulan imzadır

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana başlanan dövlət səfəri sıradan diplomatik səfər deyil. Daşkənddə keçirilən görüşlərin səviyyəsi, nümayiş etdirilən səmimiyyət, imzalanan sənədlərin miqyası və liderlərin verdiyi mesajlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq klassik dostluq və strateji tərəfdaşlıq çərçivəsini aşıb.

Bu münasibətlər rəsmən və faktiki olaraq müttəfiqlik mərhələsinə keçib.

Səfərin ən mühüm nəticəsi Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Dövlətlərarası münasibətlərdə “əbədi” sözü təsadüfən seçilmir. Bu, yalnız bu günün siyasi konyunkturasına hesablanmış sənəd deyil. Bu, gələcək hakimiyyətlərə, gələcək nəsillərə və bütövlükdə regiona ünvanlanan strateji iradə bəyanatıdır.

Azərbaycanla Özbəkistan bir-birinə sadəcə dost demir. Bir-birini müttəfiq, etibarlı tərəfdaş və ortaq gələcək quran qardaş dövlət kimi qəbul edir.

Daşkənddə keçirilən Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası bu müttəfiqliyin siyasi-institusional dayağını daha da möhkəmləndirdi. Liderlərin imzaladığı qərar və razılaşmalar münasibətləri protokol çərçivəsindən çıxarıb gündəlik iqtisadi, sosial və humanitar həyata daşıyır.

Səfər zamanı pensiya təminatı, mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında sazişlər, 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını nəzərdə tutan proqram, investisiya və ticarət razılaşmalarının həyata keçirilməsi üzrə praktiki fəaliyyət planı imzalandı.

Bundan başqa, iki ölkənin xarici işlər və ədliyyə nazirlikləri arasında 2027–2028-ci illəri əhatə edən əməkdaşlıq proqramları, kinologiya sahəsində təcrübə mübadiləsi memorandumu qəbul olundu.

Xankəndi ilə Urgənc, Laçınla Buxara, Naxçıvanla Urgənc arasında qardaşlaşma protokollarının imzalanması isə xüsusi rəmzi və siyasi məna daşıyır.

Özbəkistan Qarabağa yalnız uzaqdan dəstək verən ölkə deyil. Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa edən, azad edilmiş Azərbaycan torpaqlarının dirçəldilməsində əməli iştirak edən qardaş dövlətdir. İndi Xankəndi və Laçının qədim Özbəkistan şəhərləri ilə qardaşlaşması Qarabağın Türk dünyasının ümumi mənəvi coğrafiyasına qayıdışıdır.

Bu, diplomatik protokoldan daha böyük hadisədir.

Şəxsi dostluq dövlətlərin müttəfiqliyinə çevrildi

Prezident İlham Əliyevlə Şavkat Mirziyoyev arasındakı səmimi münasibətlər Azərbaycan–Özbəkistan əlaqələrinin indiki səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. İki lider arasındakı şəxsi etimad artıq dövlət institutlarına, hökumətlərə, biznes çevrələrinə və xalqlar arasındakı əlaqələrə ötürülüb.

Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi təsadüfi statistika deyil. Bu, son dərəcə intensiv siyasi........

© Müsavat