menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

8 noyabr, yoxsa 8 avqust: hansı zəfərimiz daha b

12 0
latest

2025-ci il avqustun 8-də Vaşinqtonda baş verənlərdən bir il keçir. Bir il tarix üçün böyük zaman deyil. Ancaq hadisənin üstündən müəyyən məsafədən baxmaq, onun zahiri görüntüsü ilə həqiqi siyasi məzmununu bir-birindən ayırmaq üçün yetərlidir. İndi daha aydın görünür ki, Ağ Evdə keçirilən mərasim sadəcə Azərbaycan və Ermənistan rəhbərlərinin Donald Trampın iştirakı ilə bir masa arxasında oturması, xarici işlər nazirlərinin sülh sazişinin razılaşdırılmış mətnini paraflaması və üç liderin Birgə Bəyannaməyə imza atması deyildi. 8 avqust Azərbaycanın müharibədə yaratdığı yeni reallığın beynəlxalq siyasi müstəviyə daşındığı gün idi. Bəziləri o vaxt bunu “sülh uğrunda savaşın udulması” adlandırmışdı. Bir il sonra həmin ifadənin hadisənin mahiyyətini daha dəqiq ifadə etdiyini düşünürəm.

Əlbəttə, faktı dəqiq qoymaq lazımdır: 8 avqust 2025-ci ildə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmadı. Xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar. İlham Əliyev və Nikol Paşinyan isə Donald Trampın şahidliyi ilə Vaşinqton Birgə Bəyannaməsini imzaladılar. Elə həmin gün iki ölkə Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması üçün ATƏT-ə birgə müraciət etdi.

Amma siyasi tarix yalnız sənədin hüquqi adından ibarət deyil. Əsas məsələ həmin sənədə hansı nöqtədən gəlib çıxıldığıdır.

Azərbaycan 2020-ci ildə 30 ilə yaxın mövcud olmuş hərbi-siyasi status-kvonu 44 gün ərzində dağıtdı. 2023-cü ilin sentyabrında ölkənin bütün ərazisində dövlət suverenliyini tam bərpa etdi. Bundan sonra əsas mübarizə cəbhədən diplomatiya masasına keçdi. Məncə, İlham Əliyevin ən böyük siyasi uğurlarından birini məhz bu mərhələdə axtarmaq lazımdır. Azərbaycan müharibədə qazandığı nəticənin sülh danışıqlarında aşınmasına, başqa formatda geri alınmasına imkan vermədi.

Bu, göründüyündən daha mürəkkəb məsələdir. Tarixdə döyüş meydanında qələbə qazanıb diplomatiya masasında onun bir hissəsini itirən dövlətlər az olmayıb. Azərbaycana da uzun illər müxtəlif formulalar təqdim edilmişdi: status, referendum, keçid modeli, qeyri-müəyyən gələcək, Minsk qrupunun bitib-tükənməyən vasitəçiliyi. Bu mexanizmlərin ortaq cəhəti vardı: Azərbaycan öz ərazisi üzərində suverenliyini tam bərpa etmədən münaqişənin bağlanmasına razı salınmalı idi.

Azərbaycan buna razı olmadı.Sonra artıq Azərbaycan özü şərtlər qoymağa başladı.Ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin toxunulmazlığı, bir-birinin ərazisinə iddialardan imtina, gücdən istifadə etməmək, dövlətlərarası münasibətlərin normal hüquqi çərçivəyə keçirilməsi – bunlar Vaşinqtonda bir gecədə yaranmış müddəalar deyildi. Bunlar Bakının postmüharibə dövründə ardıcıl şəkildə müdafiə etdiyi prinsiplər idi. Paraflanmış saziş mətnində də tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıması, ərazi iddialarından imtina etməsi və gücdən istifadəyə yol verməməsi təsbit edildi.

Burada Vaşinqtonun və Donald Trampın rolunu nə kiçiltməyə, nə də şişirtməyə ehtiyac var. ABŞ dünyanın ən güclü dövlətidir. Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evə dəvət etdi, əldə olunmuş nəticəyə Amerika siyasi çəkisini əlavə etdi, prosesə beynəlxalq təminat və böyük media-siyasi effekt verdi. Ağ Ev bunu Tramp administrasiyasının tarixi diplomatik nailiyyəti kimi təqdim etdi. Associated Press həmin görüşü təxminən dörd onillik davam etmiş qarşıdurmanın sona çatması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirirdi; Reuters isə hadisəni tək Azərbaycan-Ermənistan münasibətləri baxımından deyil, Cənubi Qafqazda geosiyasi qüvvələr balansının dəyişməsi kontekstində təqdim edir, Rusiyanın ənənəvi dominant rolunun zəifləməsinə diqqət çəkirdi.

Bunların hamısı doğrudur.Amma bir sual var: Ağ Evdə masanın üzərinə nə qoyulmuşdu? Vaşinqton Azərbaycan üçün yeni Qarabağ modeli hazırlamamışdı. Azərbaycana yeni status formulu təqdim edilmirdi. Söhbət Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaqdan getmirdi. Minsk qrupu yenidən işə salınmırdı. Əksinə, onun bağlanması üçün Ermənistanla Azərbaycan birlikdə müraciət edirdi. Danışıqların əsasında Azərbaycanın müharibədən sonra elan etdiyi dövlətlərarası münasibətlər modeli dayanırdı.

Ona görə mən bu hadisəyə belə baxıram: Vaşinqton sülhün müəllifi deyil, onun ən güclü beynəlxalq şahididir.

Meydan Amerika idi, Trampın rolu mühüm idi, amma oyunun siyasi məzmununu Bakı illər ərzində formalaşdırmışdı.

Bu, Azərbaycanın diplomatik suverenliyinin də........

© Müsavat