menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Yeni Müsavat” – İmperiyaya qarşı savaşdan milyo

24 0
10.11.2026

1989-cu ilin gizli qəzetindən milyonların izlədiyi MEDİA QRUPa uzanan YOL

10 noyabr 2026-cı il.

“Yeni Müsavat”ın 37 yaşı tamam olur!

37 il! Bir insan ömrünün böyük bir hissəsi. Bir qəzet üçün isə bütöv bir tarix!

Bu gün geriyə baxanda bəzən özüm də heyrət edirəm. Biz haradan başladıq, nələrdən keçdik və hara gəlib çıxdıq…

1989-cu ilin noyabrında nə müstəqil Azərbaycan dövlətimiz vardı, nə azad mətbuatımız, nə də bugünkü imkanlarımız. Sovet imperiyasının içindəydik. Bir tərəfdən azadlığımızı, dövlətimizi geri almaq üçün imperiya ilə mübarizə aparırdıq, digər tərəfdən erməni ünsürlərinin timsalında gizli "xaçlı klub"un Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkar fəaliyyəti ilə üz-üzə idik.

Mübarizə iki cəbhədə gedirdi. Hər iki cəbhədə isə bizim ən böyük problemlərimizdən biri informasiya idi.

Həqiqətlər gizlədilirdi. Sovet senzurası işləyirdi. Xalqın öz sözünü deyəcəyi, öz dərdini danışacağı, öz mübarizəsini ifadə edəcəyi müstəqil informasiya tribunaları yox dərəcəsində idi.

Belə bir zamanda biz qəzet yaratmaq qərarına gəldik.

Nə pulumuz vardı, nə mətbəəmiz, nə normal redaksiyamız, nə də rəsmi icazəmiz.

Amma böyük bir idealımız vardı: AZAD AZƏRBAYCAN!

Və bir də sözə inamımız!

Bir qəzetin gizli doğuluşu

1989-cu il noyabrın 10-da “Yeni Müsavat”ın ilk sayı işıq üzü gördü. Gizli, qeyri-formal, o zamanın məşhur ifadəsi ilə desək, “samizdat” üsulu ilə hazırlanmış bir nəşr idi.

İlk nüsxələr Azadlıq meydanında yayıldı.

İndi həmin ilk ağ-qara nömrənin fotosuna baxanda adi bir çap məhsulu görmürəm. O kağızlarda gəncliyimizi, qorxularımızı, ümidlərimizi, risklərimizi və gələcək Azərbaycan dövlətinə olan inamımızı görürəm.

O zaman “Müsavat” adını daşımaq belə rejimə siyasi meydan oxumaq idi. Sovet təbliğatı bu adı onilliklər boyu xalqın yaddaşından silməyə çalışmışdı.

Biz isə onu yenidən meydana qaytarmışdıq.

İlk yazılarımı “Şenol” imzası ilə dərc edirdim. Bu imzanın da öz maraqlı tarixçəsi var. Dostlarımızdan Bəxtiyar Tuncayın təklifi ilə Türkiyənin məşhur futbol qapıçısı Şenol Günəşin adını götürmüşdüm.

Bir müddət “Şenol” imzası müəllifin özündən daha məşhur oldu. Hətta məni şəxsən tanıyanlar da “Şenol”un kim olduğunu soruşurdular!

Amma sovet hərbi və təhlükəsizlik strukturları da bu imzanın sahibini axtarırdı.

1989-cu ilin dekabrında gizli redaksiyamızı Bakıdan Gəncəyə köçürməli olduq. Orada, gizli mənzillərdə, son dərəcə çətin şəraitdə qəzetçilik fəaliyyətimizi davam etdirdik.

1991-ci ilin sonlarına qədər........

© Müsavat