“Hicab qadağandır” böhtanına hicablı şəhid anala
“44” filminin qala təqdimatı keçirildi.Dəvətli idim.
Film də, təqdimat da möhtəşəm idi. Təqdimatdan sonra səhnədə olan və danışan qadınların çoxu hicablı idilər. Ayrı vaxt olsaydı, heç fərq etməzdik. Bir milyon abunəsi olan TikTokumuzda özüm canlı yayım açdım. Anındaca minlərlə tamaşaçı qatıldı. Onlardan biri belə də yazdı: “Bəs hicabı qadağan eləmişdilər? Əlhəmdülillah, hamı hicabdadır ki…”
Yayım boyunca isə bir neçə adam dayanmadan şüarlar yazırdı: “Hicaba azadlıq…” Gözlərinin önündəki gerçəyi görməzdən gəlib, ağızlarına gələn təhqirlərlə hicablı şəhid analarının danışdıqları yerdən, onların səsinin üstündən ortalığı pisləyirdilər…
Film boyu çox təsirləndim. Hər kəs kimi. Lerikli yeni gəlinin şəhid ərinin tabutuna girdiyi anlar isə zalda hıçqırıqlarla, həm də alqışlarla müşayiət olundu. Daha sonra yenidın və yenidən! Gözyaşı, qürur və alqış! Bunların hamısı gerçəkdir. Bunlar cəmi 6 il öncə, bu günlərdə yaşadıqlarımız, qürur duyduqlarımızdır.
Və həmin axşam qarşımızda başqa bir gerçək də vardı: səhnədə hicablı şəhid........
