Zelenski hakimiyyətdən gedərsə nə olar?
Tramp Ukraynaya yeni prezident istəyir – Kiyevdə hakimiyyət dəyişikliyi müharibəni bitirəcək, yoxsa…
ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Ukrayna lideri Volodimir Zelenskinin siyasi gələcəyini hədəfə alması və Kiyevə yeni rəhbər lazım olduğunu açıq şəkildə bildirməsi həftəsonunun ən çox müzakirə olunan mövzularından biridir. Trampın sözləri kifayət qədər sərtdir: “Mən təklif edirəm ki, onlar razılaşma əldə edə biləcək yeni lider seçsinlər. Çünki o, dəfələrlə razılaşma əldə edə bilərdi, amma nədənsə bunu etmir”. Ardınca isə əlavə edib ki, Ukraynanın yeni prezidentinin seçilməsinin vaxtı çatıb.
Tramp Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşma əldə etdikdən sonra Zelenskinin bu addımı tənqid etməsi və ardınca Vaşinqtondan Kiyevə qarşı sərt mesajların gəlməsi bir-biri ilə əlaqəli prosesdir. Trampın Zelenskiyə “getməlisən” mesajını ilk dəfə vermədiyi məlumdur. Onun hakimiyyətinin ilk dövründən yanlış siyasət yürütməsi, Rusiya ilə imzalanmış Minsk razılaşmalarını Qərb sponsorlarının təsiri altında yerinə yetirməməsi, üstəlik, “Ukrayna tezliklə NATO-ya və Avropa İttifaqına üzv olacaq” kimi vədlərə inanaraq Putini müharibəyə vadar etməsi barədə fikirlər mövcuddur. Bunlar yalnız ehtimallar da deyil, həqiqət payı var. Ancaq........
