menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Premyer Liqada “qırğın”

22 0
18.04.2026

Əcnəbi məşqçilər çempionata nəfəs verir, hakim səhvləri isə kölgə salır...

Futbol üzrə Azərbaycan çempionatı sona yaxınlaşdıqca daha maraqlı və gərgin qarşılaşmaların şahidi oluruq. Əgər fövqəladə hadisələr (məsələn, qalan turlarda bütün oyunlarda uduzsalar) baş verməzsə, “Sabah” tarixində ilk dəfə çempionluğu bayram edəcək.Bu mövsüm Çempionlar Liqasında ən güclü 24 klub arasına düşməyi bacaran “Qarabağ” milli çempionatda çempionluğu əldən verdi. Çünki klub ÇL-də çox ciddi oyunlar keçirdi və itirilmiş gücü çempionat oyunlarında bərpa etmək çətin oldu.“Qarabağ”ın bu mövsüm ikinci yerə iddia etməsi isə Avroliqada oynamaq üçün can atan klubların işini bir az qəlizləşdirdi. Bu səbəbdən də indi ikincilik, üçüncülük, dördüncülük və ölkə kubokunu qazanmaq uğrunda “Qarabağ”, “Zirə”, “Turan” və “Neftçi”nin çempionat oyunlarında “qırğın” gedir...

Çempionatı bu dəfə maraqlı edən başqa səbəb də var. Yadımdadır ki, illərin birində İngiltərə klublarında dünyanın ən yaxşı məşqçiləri toplaşmışdı və çempionluq, yüksək yerlər uğrunda gərgin oyunlar gedirdi. Müqayisə tam uyğun olmasa da, bu il Azərbaycan milli çempionatın belə maraqlı alınmasına səbəb həm də əcnəbi məşqçilərdir.Doğrudur,........

© Müsavat