Onlar İranı necə xilas etdilər?
ABŞ və İsrail İranda hakimiyyəti dəyişməyə nail oldular, indi Tehranda mollakratiya deyil, əvvəlkindən heç də az təhlükəli olmayan hərbi rejim var...
İran-İsrail və ABŞ qarşıdurmasında yenə elə həssas dönəmdir ki, hansısa ehtiyatsız ifadəyə, suala görə adamı “MOSSAD agenti” də çıxararlar, SEPAH tərəfdarı da. Bu naqolaylığı Azərbaycanın özünün bu həssas bölgədə yerləşməsi ilə izah edək, dövlət zatən, bunlara nəzarət edir.
Görünən odur ki, son bir həftədə İran iki düşməninin “kürəyini yerə vurdu”. Dövlət deməyək, siyasətçilər deyək. Bəlli, oktyabrın 27-də İsraildə keçirilən parlamentə seçkilərində Netanyahunun “Likud” partiyası birinci yeri tutsa da, faktiki hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib. Hakim koalisiya 120 yerdən cəmi 53 mandat qazanıb və parlamentdəki çoxluğunu itirib.
Netanyahu hakimiyyətdə olduğu müddətdə İsrail Qəzzada, Livanda, Suriyada da hərbi əməliyyatlar aparıb, amma İrana qarşı müharibə bunlara bənzəməz. Baş nazir bütün bu hərbi əməliyyatları İsrailin və xalqın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addım kimi təqdim edib, amma reallıq bu strategiyanın fiasko olduğunu təsdiqlədi. Niyə? Çünki İran savaşı da daxil, təxminən 2,5 min israilli həlak olub, ölkənin gəlirli turizm və ixrac sektoru
dağıdıcı zərbələr alıb. Nəticədə ölkə həm də ağır iqtisadi böhranla üzləşib.
İsrailin necə dövlət olduğunu bilinir, bunu çözələməyə həvəs yoxdur.
II Dünya........
