İranda quru əməliyyatı və Trampı gözləyən “çarmı
İsrail savaşı dayandırsa, hətta “bacarmadım” desə, “xəncərinin qaşı düşməyəcək”; bəs, xarizması zədələnən ABŞ prezidentinə İsa Məsih bənzətməsi nəyi dəyişəcək, savaşda möcüzə yarada biləcəkmi?
“ABŞ İsfahana yüzlərlə və ya minlərlə desant atır. İsfahanda basdırılmış nüvə materialı saxlanılan yerə çatmaq üçün ekskavatordan istifadə edilir, beton və qurğuşun örtüyü, eləcə də digər qoruyucu örtük deşilir, təxminən bir metr hündürlükdə olan möhürlənmiş akvalanq tipli silindrlərdə saxlanılan uran beləcə ələ keçirilir...” Beynəlxalq Atom Enerjisi Agentliyinin iddiasına görə, İranm əldə etdiyi zənginləşdirilmiş uran ehtiyatı məhz İsfahanda saxlayır.
Son 24 saatda dünya İrana qarşı təsvir edilən quru əməliyyat planından danışır. Dünyanın müzakirə etdiyi ABŞ-nin bu planı əslində virtual oyun, süni intellktlə hazırlanmış filmə daha çox bənzəyir. Deyilinə görə, bu, hərb tarixində hələ görünməmiş və mümkünsüz əməliyyat planıdır.
Bu əməliyyat haqda yazan nəşrlər, tutaq ki, “ Washington Post” Trampa qərəzli ola bilər, amma ABŞ prezidentinin quru əməliyyatına hazırlaşa biləcəyi şübhəsini onun amerikalıları “Fox News”........
