menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Aqil Abbas, sən bilirsən...

32 0
31.10.2026

Aqil Abbasın adı çəkiləndə yada ilk nə düşür, ya da “Aqil Abbası bir kəlmə ilə tanıt” soruşsalar, əksəriyyət nə deyər? Əlbəttə, Ağdam deyər, Qarabağ deyər... Bu, bir rayonlu-şəhərli, aran-dağ bölgüsünə görə deyil ki... Bu, bəzi adamlara taleyin verdiyi əbədi vətəndaşlıqdır, pasportdur. Mənə görə, Aqil Abbas Qarabağ adına o statusu da, pasportu da  çoxdan alıb. 

Qarabağlı olmaq son 35 il çox ağrı-acılı, kədərli oldu. Bir vaxtlar toy-büsatlı el məcburi köç etdi, pərən-pərən düşdü, çox ağır həyat yaşadı. Qaçqınlıq təkcə bir evdən başqa evə, başqa elə köçmək deyil axı... Bunları indi parlamentdə, yumşaq desək, sözü qəribçiliyə salınan Aqil Abbas yaxşı bilir. Bilməsəydi, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” povestini yaza, “Dolu”nu ssenariləşdirə bilməzdi.

Aqil Abbas Qarabağ dərdiylə dolu adamdır, onun Ağdamdakı evlərini yada salması da, məncə, ilk dəfə deyil. Görünür ki, bu, Aqil Abbasın gündəmə gətirdiyi qeydiyyat məsələsi xüsusilə əhalisinin sayı işğaldan əvvəl 100 mini aşan Ağdam camaatı üçün problemdir. Spikerin reaksiyasından məsələ ilk baxışdan bir deputatın ailəsinə mənzil verilməməsi kimi görünsə də, əslində Aqil........

© Müsavat