“İran, yoxsa ABŞ qazandı” sualı və Prezident Əli
ABŞ/İsrail–İran savaşında müvəqqəti və kövrək atəşkəsdən sonra aktuallaşan müzakirələrə sözardı...
Fərz edək ki, sabah elə bir möcüzə oldu ki, Ukraynadakı 5 ildir davam edən savaş orduların indiki mövqeyində dayandırıldı. O zaman Kiyev (və dəstəkçiləri) deyəcək ki, qalib ukraynalılardır. Çünki nüvə silahı olan Rusiya Qərbin arzu etdiyi kimi strateji məğlubiyyətə uğradı, elan etdiyi məqsədlərinə çata bilmədi, xalq yadellilərə qarşı döyüşdü və sairə. Rusiya da 2022-ci ilin fevralında Ukraynada Zelenski hakimiyyətini dəyişmək daxil maksimalist şərtlərlə başladığı “xüsusi hərbi əməliyyatı” niyə dayandırdıqlarına, hansı strateji şəhərləri ələ keçirdiklərinə dair deməyə söz tapacaq.Real olaraq eyni vəziyyətlə qarşılaşmışıq – ABŞ/İsrail–İran savaşında müvəqqəti və kövrək atəşkəsdən sonra kimin məğlub, kimin qalib olduğu haqqında müzakirələr gedir. Həm də bu, çayxana müzakirələri deyil, ciddi nəşrlər bu barədə yazır, araşdırır və s. Futbolda da tərəfini tutduğun klub iki top fərqi ilə aşkar uduzsa da, deyirsən ki, yaxşı oynadılar, nəticəyə ədalətsiz hakim qərarları təsir etdi və s. O səbəbdən yalnız, məsələn, 10:0 hesablı məğlubiyyətə bəhanə tapmaq çətindir. Yəni mübahisəsiz qələbəyə. Ona görə “İran, yoxsa ABŞ qalib gəldi” sualı ətrafında müzakirələr növbəti savaşadək davam........
