Əfsanə Zubirdir, yoxsa Bədavi?
Yas tutmağa, qaralar bağlamağa gərək yoxdur, belə futbolçu ayrılıqlarına öyrəşməliyik
Gedənin arxasınca Azərbaycanda da çox danışırlar. Abdullah Zubir də onlardan biridir. Zubirin gedişinin bir az da yarıgizli olması “Qarabağ” azarkeşləri üçün müəyyən qədər gözlənilməz oldu. Görünür, tərəflər də bunu bilərəkdən digər oyunçuların gedişi ilə eyni vaxtda elan etməyiblər. Çünki ön xətdə Andrade və Durandan sonra Zubirin də gedişi əsəbi zəif olan azarkeşə daha da pis təsir edərdi. Ona görə kluba bu duyğusallığına görə təşəkkür də düşür. Beləliklə, gerçək bu ki, “Tvente” ilə vacib oyunlar ərəfəsində Zubir də getdi. O, karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək. “Qocalar liqası” deyirəm mən ərəb futboluna. Niyə gedirlər oralara, səbəb bəllidir. O səbəbdən yas tutmağa, qaralar bağlamağa gərək yoxdur. Belə futbolçu ayrılıqlarına öyrəşməliyik.
Düzü, hələ Qətər........
