Ukrayna üçün NATO-nu nəylə əvəz etmək olar?
Amerikalı diplomatlar əskik-əskik vurnuxmaqdadırlar. Guya ki, onların səfeh səylərindən bir fayda var. Ona görə belə deyirik ki, onlar belə canfəşanlıqla Putinə bir az da dəstək olurlar, axmaq Lavrovun ayaqlarının altını bir az da qaldırırlar. Baxırsan, xəbərlər gəlir ki, bəs prezident Tramp Zelenskiyə təzyiq göstərməkdə davam edir. Bunun yalnız bircə açıqlaması var: o, prezident Zelenskini biabırçı, aşağılayıcı sülhə təhrik etmək istəyir.
Zelenski əlsində düz yoldadır, nə istədiyini bilir və məntiqi də qaydasındadır. Bu günlərdə çox düzgün dedi ki, ölkəsi NATO-dan imtina edə bilər, amma bunun müqabilıində nəsə olmalıdır, daha doğrusu, Ukraynaya bunun başqa yuridik analoqu təqdim edilməlidir. Bu, nə ola bilər? Əvvəlcə üç məqamı qeyd edək. Birincisi, NATO məsələsi Putinin avantürasıdır. Ukrayna müharibəsi başlayandan NATO-nun üzvlərinin sayı iki dövlət də artdı. Məgər İsveç və ya Finlandiya Rusiyadan Ukraynadan daha uzaqdırlar? Ukrayna müharibəsi ona........
