Siyasət kişi, ya qadın bilirmi?..
Qolda Meir, Marqaret Tetçer və Benəzir Bhutto – üç nəhəng qadın siyasətçi. Prinsipcə, onları tanımayan yox. İsrailin baş naziri olmuş xanım Qolda Meirin bioqrafiyasında mənim üçün daha çox hansı detal maraqlıdır? Qadın vaxtilə İsrailin hətta daxili işlər naziri olubdur! Razılaşın, hər kişinin çəkəcəyi yük deyil! Söhbət dövlətin üç əsas güc strukturuna başçılıq etməkdən gedir. Hətta psixoloji cəhətdən çətin məsələdir, adını çəkəndə dərhal ağıla kişilər gəlir, özü də elə-beləsi yox, peşəkar, rütbəli insanlar, nə bilim, general-filan! Onların arasında hər qadın baş çıxara bilərdimi?.. Tetçerin də təqdimata ehtiyacı yox, “dəmir ledi”dir. 20-ci əsrin ikinci yarısında onun kimi, olsa-olsa, iki kişi siyasətçi məşhur sayıla bilər: Reyqan və Qorbaçov səhv etmirəmsə!.. Çatdıq rəhmətlik Benəzir xanıma, sui-qəsdlə öldürülən bir şərqli-müsəlman xanım siyasətçiyə (hərçənd ki, bundan əvvəl, məsələn, hindli İndira Qandi də olubdur deyəsən!). Əlbəttə, Pakistan üzrə mütəxəssis-filan deyiləm, onun siyasətinin bütün təfərrüatlarını bilmirəm. Amma ağlım kəsəndən ölkəni diqqət mərkəzində görmüşəm, xüsusən Əfqanıstan hadisəsi başlayandan sonra! Onda Pakistan Qərb üçün də, Əfqan mücahidlərinin özləri üçün də platsdarm idi – ABŞ-ın SSRİ-ni Əfqanıstandan çıxartmaq üçün apardığı müharibənin arxa cəbhəsi idi; səhv etmirəmsə, bütün təlim mərkəzləri-filan da bu ölkədə idi! Dediyim budur ki, heç də “ölüvay” ölkə deyil, hazırda atom silahı olan yeganə müsəlman ölkəsidir, dostdur! Abdus Salamın vətənidir! Bunu da qeyd etməyə bilmirik ki, səhv etmirəmsə, Salman Rüşdi də oradandır; sonuncu sözsüz, islamla bağlı böyük qələt edibdir, amma rəy budur ki, adam çox güclü yazıçıdır – hər halda, Bukeri də hər adama vermirlər axı... Benəzir xanıma gəldikdə, bir dəfə bioqrafiyasıyla tanış olmuşdum – mükəmməl təhsil görən, səhv etmirəmsə, Harvardı, Oksfordu bitirmiş xanım idi! Üstəgəl, böyük islam ölkəsinin, özü də islam respublikası olanın baş naziri olsa da, məncə, heç vaxt çarşab-filan da taxmayıbdır! Bir qeydim də xanım jurnalistlərlə bağlı olacaq. Çox olublar, amma yadımda daha çox Anna Politkovskaya qalıbdır - bəli, yaşadığı binanın liftində qətlə yetirilən xanım jurnalist –........
