Rusların bəxti niyə gətirmir?..
Ötən əsrin ikinci yarısında Şərqi Avropada başlanan azadlıq hərəkatının maraqlı simlarından biri də polyak jurnalisti, “Həmrəyliy”in yaradıcılarından biri Adam Mixnik olmuşdu. Mən hər dəfə onun bir yazısına rast gələndə dərhal oxyuram. Çox maraqlı fikirləri var və təsadüfi deyil ki, adam müasir Avropanın siyasi intellektuallarından biri hesab olunur, təkcə Polşanı yox, Şərqi Avropanı, xüsusən Rusiyanı çox gözəl bilir.
Mixnik rus Aleksey Navalnını xatırlayarkən çox maraqlı fikir deyir: “Polşanın bəxti onda gətirdi ki, onun Roma papası kimi Polşanı sevən və tanıyan, ən əsası da anlayan dostu, “Həmrəyliy”i və bir də Miloş Çeslav kimi yazıçısı vardı”. Maraqlısı budur ki, bunlar Rusiyada da vardı. Soljenitsın çoxdan Nobel almışdı, az qala, rus alternativ fikrinin ideoloqu hesab olunurdu. O, Rusiyada baş verən proseslərə də etinasız deyildi. Yenidənqurma vaxtı “Rusiyanı yenidən necə quraq?” adlı yazı da yazmışdı. Sonrakı illərdə hətta Putinlə söhbətlərini verirdi bəzi rus telekanalları. Amma bu adamın da bütün rus ziyalıları kimi bir qüsuru vardı: o da imperiyanın övladı idi, həm demokrat, həm də velikoross idi.
“Həmrəyliy”ə gələndə rusların A.Saxarovu,........
