Rusiya Ermənistandan getməyə hazırdır?..
Son günlərdə ən çox yadda qalan güman ki, V.Putinin dedikləri oldu: “Əgər Ermənistan hesab edirsə ki, bizim hərbi bazalarımız onlara lazım deyil, biz günü sabah oradan getməyə hazırıq.” Bundan bir az əvvəlsə erməni baş naziri demişdi ki, Rusiya Ermənistanı KTMT-dən çıxarsa, buna yalnız şad olarıq. Bir az əvvəl biz də yazmışdıq ki, Kreml İrəvanı KTMT-dən uzaqlaşdırsa ona böyük xidmət göstərmiş olar.
Nümunə-misal üçün uzağa getmək lazım deyil. Mərkəzi Asiyanın dövlətləri dəfələrlə belə ediblər: gələnlər də olub, gedənlər də, amma bu üzü qara Dünya dağılmayıbdır.Həm də bu vaxta qədər gələnlər-gedənlər haqqında eşitmişik, amma qovulanlardan xəbərimiz olmayıb, çünki deyəsən belə bir mexanizim yoxdur, ya da hələki heç kimə tətbiq edilməyib. Əlbəttə, bunu yoxlamaq elə də çətin deyil, amma yorulmuşuq, Rusiya hamını yorubdur. Ümumiyyətlə, hakimiyyətdən yorulmayanalar hakimiyyətdən yazanları əməlli-başlı yordular, nə həvəs qalıbdır, nə də imkan, onlar........
