Nurani niyə tək idi?..
Sevdiyim, izlədiyim bəzi adamlarla şəxsi tanışlığım olmayıb. Bunun daim əzabını yaşamışam. Bir səbəbi bu olub ki, nəşrlərin çoxu ilə bir növ kənardan əməkdaşlıq etmişəm. Digər səbəbi isə xasiyyətimlə bağlı olub: çağrılmamış bir yerə getmək mənim üçün həmişə cəhənnəm əzabı olub. Sanki adamların gözündən “sən burada nə gəzirsən?” sözlərini oxumuşam...
Rəhmətlik Nurani (bəli, artıq belə!) şəxsi tanışlığım olmayıb. Mən onu “Ayna”-“Zerkalo” qəzetlərindəki yazılarından tanımışam. Mənim jurnalistikada bir prinsipim olub: mənə informasiyanı verin, qalanı mənlikdir. Nuraninin yazılarında informasiya bol olardı, rəhmətlik çox informasiya tutumlu yazılar yazardı...
Nurani də “peşəkar jurnalist” deyldi. Amma bunu........
