İrana Pinoçet lazım deyilmi?
Seyyid Əli Xamenei öldrüləndə “nə mollayıq, nə də mürdəşir ki, daha bir ölü var, bozbaş və yaxud da qazanc olacaq” deyək yazmışdım.
Siyasi yazarıq, amma müharibə gedir və istər-istəməz, hər iki tərəfin itkilərinə diqqət kəsilməliyik ki, prosesin gedişilə bağlı qənaət əldə edək.
Laricaninin də ölümü belə oldu. Adam İranda demək olar, ikinci şəxs idi.
Etiraf edim ki, “bizim doktor”la–prezident Pezeşkianla bağlı ölkənin siyasi idarəçilik konfiqurasiyasına bir daha nəzər saldıq. Bəli, həlledici “rıçaq” dini rəhbərdədir, amma prezidentin də səlahiyyəti az deyil, lazım gələndə “sakit–saray çevrilişi” üçün bəs edər.
Özüm də başa düsürəm ki, doktor Pezeşkiana ümidlərlə özümü də, oxucunu da yormuşam, ondan isə hərəkət görünmür, halbuki ölkəni təmsil etmək, beynəlxalq razılaşmalara imza atmaq, xarici siyasətə bilavasitə rəhbərlik etmək onun səlahiyyətidir. Bəli, Laricani onunçün müəyyən problem idi, çünki sonuncunu hamı ölkənin qeyri-formal lideri sayırdı.
Bu adamla bağlı deyək ki, elə sifətindən özü də “transendental” adama oxşayırdı – bunu onunçün deyirəm ki, Laricaninin guya Kantın fəlsəfəsindən müdafiə etdiyi bildirilirdi. Bir daha deyirəm ki, adam elə üz-gözündən də daha çox metafizik-statik görünürdü, nəinki dialektik...
İndi qalır yenə Müctəba və bir də Pezeşkian. Müctəba haqqında lap ən birinci gündən yazmışıq ki, istisna deyil adam ölkənin sonuncu dini lideri-rəhbəri olsun. Belədəsə, proseslərin açılımı hələ alınmır: hətta müharibə müstəvisində həlledici dərəcədə önə çıxan tərəf yoxdur, hətta Tramp daha geniş hərbi koalisiya yaratmağa çalışır, halbuki yardım və dəstək umulası ilk tərəf qardaş Türkiyədir, hansının ki, liderlərinin də, çox təəssüf, bəzisinin iranlı mollalardan fərqi qalstuklu olmaqlarındadır. Məsələnin siyasi tərəfinə gəldikdə, yenə deyirəm, Tramp İranın “ağrıyan dişini” kəlbətinlə çıxarmağa cəhd etməklə işləri korladı, halbuki ölkə həqiqətən böyük inqilab ərəfəsində idi. Tramp neylədi? Əvvəlcə İrançün “yaxşı padşah”, sonra “yaxşı molla” axtarmağa başladı. Adam anlaya bilmir ki, azad düşüncəli iranlı insan bunların hər ikisindən bezib.
Etirazlara gələndə, indi hamı raketlərdən gizlənməyə yer axtarır. Belə vəziyyətdə hansı etiraz olar? Məlum deyil “baş Seyidi” istədikləri kimi dəfn edə bildilər, ya yox,........
