menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Dövlət bəy, niyə Qərb yox, Çin və Rusiya?..

30 0
25.03.2026

Dövlət Baxçalı indiki Milliyyətçi Hərəkat Partiyasını yarımhərbi qurumdan siyasi partiyaya çevirdi, Alparslan Türkeşdən qalan siyasi taktikada xeyli dəyişiklik etdi, amma onun əsas strategiyasını məncə, saxladı- söhbət gənc türk dövlətlərinə xüsusi diqqətdən gedir.

İnsafən, çox maraqlı şəxsdir. Bir dəfə oxumuşdum ki, özünü siyasətə həsr etdiyinə görə ailə həyatı da qurmayıb, tənha, az qala, dərvişanə həyat sürür, hərçənd, nə zahiri görünüşdən belə adama oxşayır, nə də indiyədək hansısa dini çalarla xüsusi diqqətə gəlməyib, daha çox dünyəvi, hətta müasir Avropa tipli siyasətçi təsiri bağışlayır.Adam bu məqamda ona görə diqqətə gəldi ki, bir-iki gün əvvəl onun yaxın admlarından birini Moskvaya göndərdiyi, ona Türkiyənin Rusiya və Çinlə daha sıx yaxınlaşma imkanlarını araşdırmağı tapşırdığı yazıldı. Baxçalının da elçisinin bioqrafiyasından detal dərhal diqqətimizi cəlb etdi: adam ruhani təhsilli, illahiyyatçı olubdur. Bunu ona görə xüsusi vurğulayıram ki, son illərdə siyasətdə illahiyyatçılar, bu və ya digər dərəcədə dinlə bağlı adamlar çox görünməyə başlayıb və bu, bizi başqa mənada yox sıravi insan, hətta bir siyasi təhlilçi kimi çox narahat edir, hərçənd, nə keçmişdə, nə də indi, heç bir vaxt ateist düşüncəli adam olmamışıq. Üstəlik, çoxunda belə təsəvvür ki, guya siyasətçinin dindar olması yaxşı haldır... Amma belə deməzdim. Şimal tərəfimizdəki Rusiyanın prezidenti Putin guya keçmiş sovet məkanında ən dindar prezident sayılır, amma görün Ukraynada nələr edir... Cənubumuzdakı İranda mollaların nələr etdiyini xatırlatmağa ehtiyac yox, hazırda törətdikləri bəs edir. Yəhudilər arasında mənim tandıdığım əsl ateist yalnız Marks olub, amma onun da hətta sinfi nəzəriyyəsində mistik yəhudi messianlığının əlamətlərini görən çoxdur. Belədə onlar da çox patriarxal, hətta dindar cəmiyyətdir, region dövlətləri arasında, xüsusən ərəb rejimlərilə müqayisədə çox demokratik sayılsa da, onu da hamı dini ölkə hesab edir. Amma Netanyahu (babası ravvin olubdu) Qəzzada nələr etdi... Biz demirik bunu, Beynəlxalq Məhkəmə təsdiq edir!.. O ki qaldı Qərbin siyasətçilərinə, əsasən də amerikalılara, biri yuxusunda İsa Peyğəmbərlə danışır (kiçik Buş), digəri (Tramp) yəhudi mistikasını - Kabbalanı öyrənir. Amma biri İraqın altını üstünə ona görə çevirib xaraba qoydu ki, guya Səddam atasını təhqir edibmiş. İndiki də bir yandan sülh........

© Müsavat