menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Böyük Rusiya, yoxsa böyük hakimiyyət?..

26 0
25.05.2026

İli dəqiq yadımda deyil, 80-nin lap əvvəlləri olardı, bütün İttifaqın diqqəti Anatoliy Karpovla Qarri Qasparov arasında şahmat tacı uğrunda gedən yarışa yönəlmişdi. Hamıdan da çox azərbaycanlılar izləyirdi həmin oyunları. Çox dramatik bir yarış idi, nələr söylənilmirdi, nələr ehtimal olunmurdu, nələr iddia edilmirdi? Oyunları kimin udmasından asılı olmayaraq şahmat tacı SSRİ-də qalacaqdı, amma yenə də hiss olunurdu ki, Sovet elitasının, eləcə də rusların özlərinin çoxu Karpovun qalib olmasını istəyirdi. Əlbəttə də bu da səbəbsiz deyildi. Qasparovun deyəsən, ata tərəfi yəhudidi, onlarısa o vaxt sevmirdilər, bir növ, etibar etmirdilər, çünki yəhudi mənşəli alimlər, sənət adamları, hətta idmançılar ilk fürsətdə xaricə, o cümlədən də tarixi vətənləri İsrailə köçmək istəyirdilər. Sözsüz, bu məsələdə də rus şovinizmi özünü biruzə verirdi – bəli, hətta Sovetin vaxtında da belə şey vardı...Karpovu bir dəfə canlı görmüşdüm. Moskva Universitetinin əsas binasının girişində. Qapıda duran milisioner əmi ondan sənədlərini soruşurdu - əlbəttə, bir növ, özü üçün tarix-xatirə yaratmaq istədi ki, nə vaxtsa nəvələrinə danışsın ki, bəs Karpovun sənədlərini........

© Müsavat