Adamlar arasında İNSAN...
Bilirəm, dərhal yada böyük Dostoyevskinin böyük “İdiot”u düşəcək, amma belə deyil, “Ölülər”də kefli İsgəndər də beləydi, “Müsibəti-Fəxrəddin” də Fəxrəddin də...Mənimsə bu məqamda, bu yaşımda yadıma gördüyüm, haqqında oxuduğum adi demokratlar düşür:
Bu yolda dönənlər oldu,Mum kibi sönənlər oldu.
Bəli, həqiqətən də belədir. Mən hər dəfə Zelenskiyə baxanda fikirləşirdim ki, buna pioner qalstuku nə yaraşardı! Amma yox, adam mənim zənnimdən daha güclü çıxdı. Hər dəfə keçmiş gürcü prezidenti Sakaşaviliyə baxanda keçmiş komsomol katibləri yada düşürdü. Amma yox, belə olmadı, adam Qafqazda ən ardıcıl demokrat- qərbçi kimi tanındı və bu gün də İvanişvili dəstəsini, onun Rusiya ilə bağlı niyyətini ifşa etməkdə davam edir.
Əlbəttə, biz keçmiş sovet adamları daha çox Ərəfatı, Fideli, Korvalanı görmüşdük, Alyende haqqında oxumuş və eşitmişdik. Bunlar bəlkə də heç demokrat da deyildi, hətta aralarında Fidel kimi yarı-despot,........
