Əslində bizi Avropadan nə ayırır?..
Böyük Sabirin çox məşhur misraları var:Yox yeni bir dinə yəqinim mənim, Köhnə müsəlmanam, a şirvanlılar...
Odur ki, məni dərhal “Avropanın agentləri” siyahısına yazmağa tələsməyin. Bir Allaha and olsun, burada nə vaxtsa hətta Avropanın və ya Fransanın “agent”ləri tapılsa, onlar də bəzi rüşvətxor-korrupsioner məmurların, bəzi yalaq-yaltaq deputatların arasından tapılacaq, ona görə ki, bunların tamahının, hətta iddialarının həddi-hüdudu, sərhədi yoxdur.
İkincisi, mütəxəssislər var akademik savadlarıyla, digərlərisə təcrübələrilə maraqlı olurlar. Z.Bjezinski daha çox ikincilərə aid idi, adam prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuşdu. Mən ABŞ hökutənin funksional strukturunu bütün detallarıyla bilmirəm, amma bu vəzifə ABŞ-da çox mühüm sayılır. Qərəz, bu adamın məşhur fikri vardı: korrupsiya bəzi dövlətlərin işinə müdaxilə etmək, hətta onları idarə etmək üçün ən gözəl vasitədir!..
Ona görə daim yazırıq ki, korrupsiya sosial-siyasi problem olmaqdan daha çox təhlükəsizlik məsələsidir...
O ki qaldı Qərb, məsələn, Avropa siyasətçilərinə, insan çiy süd əmib, bu seqmentin də siyasətçiləri xarici siyasət üzərindəki nisbi nəzarətsizlikdən, bir növ, boşluqlardan istifadə edib yaxşıca qazanırlar – kimsə bunu inkar etmir. Hər şey cəhənnəmə, prezident Sarkozi Qəzzafidən nə qədər almışdı? Etiraf etdi ki, almışam və özünə onunla haqq qazandırdı ki, amma Qəzzafini də məhv etmişəm – bəli, bunu da düz deyirdi! Belədəsə, elə bilirsiniz, digər diktatorlardan almırlar? Yox, hamısından alır, bir müddət “bəsləyir”, axırda da məhv edirlər – necə deyərlər, it də gedir, ip də!
İranın “molla” rejimindən zəhləm gedir, amma iranlılar indiyədək Pza şahın oğurladıqlarını qaytara biliblərmi? Hətta “molla”ların əvəzinə yeni siyasi qüvvələr gəlsə, qaytara biləcəklərmi? Düşünmürəm...
Dediyim budur ki, mən də sizinlə tam razıyam, Avropanın özündə elə siyasətçilər var ki, yaxşıca-karlıca pula nə desən, edərlər. Amma mənə elə gəlir ki, çox təəssüf, məsələ yalnız pulda deyil, çox faktorlar burada rol........
