Xankəndiyə qürurverici səfər və ermənilərin Kərk
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri həyata keçirilib. Qürurverici mənzərədir. Özü də bu, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura sayca 22-ci səfəridir. Rəsmi açıqlamaya görə, səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndə iştirak edir.Bir neçə il əvvəli, daha dəqiq desək, işğal dövrünü xatırlasaq, həmin vaxt ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağa səfərlərinə müəyyən ümidlər var idi. Ümid edilirdi ki, bu “turist” həmsədrlər gəlişləri ilə Azərbaycana hansısa nəticə gətirəcək, torpaqlarımızın, heç olmasa, mərhələli şəkildə işğaldan azad olunmasına nail olmaq mümkün olacaq.
Amma bu “turistlər” Qarabağa səfərləri zamanı sadəcə eyş-işrətlə məşğul oldular və sonradan iflasa uğramış fəaliyyətlərinə Azərbaycan dövlətinin zəfəri ilə xitam verildi. Eyni zamanda, 44 günlük müharibədən və birgünlük antiterror əməliyyatından sonra Azərbaycan dövlətinin çağırışlarına və təşəbbüslərinə Bakıdakı diplomatik korpusun bəzi təmsilçiləri biganə yanaşmağa cəhd göstərdilər. Bəziləri isə paytaxtlarından aldıqları təlimatlara əsasən Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərlərdən yayınırdılar.Artıq vəziyyət dəyişib, yerdən-göyədək fərq var. Zamanında “həmsədrlər Xankəndiyə niyə Ağdamdan keçməklə getmirlər, İrəvandan, Laçın yolu ilə gəlirlər”, deyib, qapılar döyürdük, amma bu gün Bakıdakı diplomatik korpusun nümayəndələri böyük heyətlə Qarabağa təyyarə ilə, daha sonra avtomobillərlə səfər edirlər! Vaxt var idi,........
