menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Uşaqlara bulka pulu verilsin...

15 0
01.06.2026

Çiyninə hansısa musiqi alətini çexolunda asmış gənc ata azyaşlı oğlu ilə birgə avtobusa mindi. Kartla ödəniş edib oturmaq istəyirdi ki, sürücü ucadan “bir ödəniş elədin, bəs ikincisi?", -deyə səslədi. Sərnişin "o uşaqdır, mən heç vaxt ödəniş eləmirəm”, deyəndə sürücü yenə təkidlə ödəniş istədi: “5 yaşdan yuxarı uşaqlara gedişhaqqı ödənməlidir!” Atanın müqavimətini görən sürücü “ödəməsən, avtobus yerindən tərpənməyəcək, camaatı yolundan saxlama"-deyib təkid etdi. Bundan sonra uşağın atası gedib ödənişi etdi, bir neçə dayanacaqdan sonra avtobusdan düşdülər. Deyəsən, uşağı musiqi məktəbinə, ya musiqi müəlliminin yanına aparırdı. Mən o uşağın gözlərinə baxmağa utandım o an...Sürücü də utanaydı kaş...O uşağın atasını utandırmaq, sındırmaq qəhrəmanlıq deyildi o anda...Guya ki, kameradan baxırmışlar, 60 qəpik ödəməsə, dünya dağılacaqmış...

Bəlkə də o uşaq gələcəkdə Azərbaycanın ən böyük musiqiçilərindən biri olacaq. Bəlkə elə generallarından...Bəlkə qanunvericiliyə dəyişiklik edilsin, uşaqpulu məsələsi çətinlik törədirsə, heç olmasa, uşaqlara gedişhaqqı güzəşti edilsin. İnanın, o uşaqlar qat-qat artığını qaytaracaqlar, təkcə AYNA-ya yox, bütövlükdə Vətənə! Görmədikmi, 18-19 yaşlı gənclərimiz necə qəhrəmanlıqlar göstərdilər, üzümüzü ağ elədilər!

Uşaqlara "bayramınız mübarək" deməyə nə var ki...Onlar üçün bayram ovqatı yaratmalıyıq... 

Avtobusda bir neçə yerdə 5 yaşla bağlı elan yapışdıran sürücüləri qınamıram. Onların istinad etdiyi qanun var.  “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan........

© Müsavat