Sülhə gedən yol belə olmur, Nikol!!! – səbrimizi
Ermənistan rəhbərliyinin sülhə nə qədər hazırlıqlarını son günlərdə açıq-aydın görməkdəyik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təşəbbüsü ilə ölkəmizdəki diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfərlərinə Ermənistandan verilən qıcıqlı reaksiyalar hələ də kəsilmir. Təkcə bu fakt ermənilərin sülh şəraitində yaşamağa hazır olmadıqlarını deməyə əsas verir.
Qədim alban məbədinə qoyulmuş “qədim erməni tarixi” barədə “yazılmamış kitabın 58 ölkənin, 9 beynəlxalq təşkilatın təmsilçilərinə göstərilməsi bunları necə yandırıb-yaxıbsa, hələ də tüstülənirlər. Abırsızlıq o həddədir ki, azad olunmuş ərazilərə getdiklərinə görə diplomatların özlərini də hədəfə alırlar. Əgər Ermənistan doğrudan da sülh tərəfdarıdırsa və Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o halda Bakıda fəaliyyət göstərən diplomatların Qarabağa və Şərqi Zəngəzura səfərləri hayları niyə narahat edir? Yaxud da qədim Albaniya dövrünün abidələrinə baxış keçirilməsindən niyə əndişələnirlər, saxtakarlıqları üzə çıxdığı üçünmü?..
Bütün bunlar onu deyir ki, Nikol Paşinyanın iddia etdiyi kimi, Ermənistanda Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində hələ də yekdil bir rəy mövcud deyil. Azərbaycan bəyan edib: sülh sazişini Paşinyanla deyil, Ermənistanla bağlayacaq! Yəni sabah qeyri-Paşinyan gəlib başqa iddialar ortaya qoymamalıdır! Digər tərəfdən, söhbət təkcə ictimai rəydən də getmir. Ermənistan Konstitusiyasında da Azərbaycana qarşı iddialar öz əksini tapırsa, bu halda nə dildə, nə fikirdə, nə də Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə hörmətdən və ərazi bütövlüyünün birbaşa tanınmasından danışmaq olmaz.
Digər tərəfdən, həmin o, “sülhpərvər” Paşinyan növbəti dəfə iddia edib ki, Qərbi Azərbaycan haqqında ritorika Ermənistan üçün, eləcə də regional təhlükəsizlik və bərqərar olmuş sülh üçün çox ciddi çağırış və təhlükəsizlik təhdididir. Bəs, bunu necə başa........
