Şah İsmayıl Xətai və İlham Əliyev
Mediada, sosial şəbəkədə Şah İsmayıl Xətai və Səfəvilər müzakirəsi, bəzi məqamlarda müharibəsi gedir. Bəzən bu polemikada qırmızı xətlərin keçilməsinin də şahidi oluruq. Rəhbərlik etdiyi imperiyanın ərazilərini Şah İsmayılda “səhv” tutanların, onu “xəta”larına görə qınayanların adi tənqidi nədənsə bir-birinin boğazından keçmir. Görün, o dövrdə yaşasaydılar, əllərində qılınc-qalxan olsaydı, bir-birinə necə qənim kəsilərdilər...Şah İsmayılın Təbriz taxtına çıxmasının 525 illiyini belə “qeyd edirik”.
Söz vaxtına çəkər: mənbələrdən oxuyuruq ki, 1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşür. Bu mübarək səfərdə onu yeddi (7 rəqəmi təsadüfdürmü?) nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirmiş: Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar... Qısa müddətdə böyük ordu və ard-arda qələbələr...Bəli, bu döyüşlərin, qanlı proseslərin bir hissəsi elə tarixi Azərbaycan ərazilərini əhatə edib. Amma məgər tariximizdə bir-biri ilə döyüşən türk imperatorlar, dünənə qədər bir-birinin qanına susayan xanlar, bəylər azmı olub?
Səfəvilərin qəddar düşməni olan Şirvanşah Fərrux Yasarın üzərinə hücumu, Şirvan şahının öldürülməsi, Şamaxı, Bakı Şərur döyüşləri, Səfəvilər – Ağqoyunlular müharibəsi, tökülən saysız qanlar...Bütün bunlar tarixin acı səhifələridir. Amma hakimiyyətlər, ərazilər uğrunda o qədər qardaş qırğını olub ki...Bunu əsas gətirib Şah İsmayıldan küsmək, ondan imtina etmək, bu, qəbulolunmazdır! Sarayında türk dili hakim olan, şeirlərini, məktublarını ana dilində yazan, 2 əsrdən artıq müddətdə mövcud olmuş bir imperiyadan necə imtina edə bilərik? Təsəvvür edin, Səfəviləri Azərbaycan tarixindən silirik, o halda tariximizdə natamamlıq yaranar, miskin görünərik. Yaxşısı ilə, pisi ilə, acı səhifələri ilə bu, bizim tariximizdir!
1501-ci ildə Şah İsmayıl paytaxtı Təbriz olan Səfəvilər imperiyasını elan etməsəydi və 2,4 - 3,5 mln. kv.km-lik əraziyə malik olduğu bildirilən bu coğrafiyada Azərbaycan adına dövlət yaranmasaydı, 1813-1828-ci illərdə Rusiya və İran arasındakı müharibələr nəticəsində əldə olunan “sülh müqaviləsi” nəticəsində də bölünən Azərbaycan olmayacaqdı, 1918-ci ildə təqribən 114 min kv.km-lik Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xəyal olaraq qalacaqdı, 1920-ci ilin aprel işğalından sonra da Azərbaycanın sovetlərin tərkibinə daxil edilməsi yada düşməyəcəkdi və nəhayət, 1991-ci ilin 18 oktyabrında qəbul edilən Müstəqilliyimizin Bərpası haqqında Konstitusiya Aktında “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin........
