Referendum sizə lazım deyilsə də, bizə lazımdır,
Ermənistanda referendum müzakirələri davam edir. Prezident Putinlə Baş nazir Paşinyan arasındakı sonuncu telefon danışığında da bu mövzuya əlahiddə yer ayrılıb. Yeri gəlmişkən, 7 iyun parlament seçkilərindən sonra Nikol Paşinyana Kremldən quruca təbrikin göndərilməməsi də ortaya suallar çıxarır. Ən azı diplomatik etiket naminə salam-əleykdən sonra sözgəlişi, “xala, xətrin qalmasın” seçki qələbəsi münasibətilə təbrik deyilməliydi. Amma doğrudanmı deyilməyib? O qədər də inandırıcı görünmür. Münasibətlər bu dərəcədə qırılma nöqtəsindədirsə, onda Rusiya niyə Ermənistanın çörəyini kəsmir? Erməni südündən, ya əriyindən imtina Ermənistan üçün elə də fəlakətli vəziyyət yaratmır. Ona qalsa, elə iki gün əvvəl İrəvanın mərkəzində parakəndə ticarətlə məşğul olanların 6,5 ton məhsulu müsadirə edildi, qanunsuz satış məntəqələrinə çıxarıldıqları üçün. Deməli, Rusiyanın Ermənistana pomidor-xiyar sanksiyası sadədə görüntü üçündür. Bu, həm Nikol Paşinyana “kömək edin, Rusiya məni boğur”, deyib, əlavə milyonlar qazanmasına təkan verir, həm də 21-ci sanksiyalar paketini “qarşılayan” Kreml özünün “dönük forpostu” ilə “düşmənçilik” görüntüsü fonunda gizli ticarətini Ermənistan üzərindən həyata keçirir. Belə “düşmənçilk” niyə davam etdirilməsin ki?..
Bəli, 2026-cı ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 21,5 faiz azalıb. Rəsmi açıqlamaya görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Ermənistanın xarici ticarətində payı da azalıb. Belə ki, bu göstərici 36,7 faizdən 29,8 faizə düşüb. Bununla yanaşı,........
