menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Paşinyanın girov etirafı, Mirzoyanın “türklər sa

26 0
13.05.2026

Nikol Paşinyan seçiciləri ilə görüşdə bildirib ki, Qarabağ separatçıları vaxtilə Qarabağdakı erməniləri girov saxlayırdılar. Elə biləcə deyib ki, Qarabağda yaşayan icma kimi deyil, girov vəziyyətində saxlanılan insanlar olub. Yəni gec də olsa, bu kimi əqiqətin etirafını təqdir edirik.

Paşinyanın bu çıxışını yadıma 2023-cü ilin 10 sentyabrda, antiterror əməliyyatından bir neçə gün əvvəl yazdığım “Girov ermənilərin xilas vaxtı yetişir - GÜNDƏMİN ASTAR ÜZÜ” (https://musavat.com/news/azerbaycan-ve-rusiya-tir-lari-tanklarimizin-musayieti-ile-xankendiye-girov-ermenilerin-xilas-vaxti-yetisir_1004544.html) köşəsini xatırlatdı. O zaman bildirmişdim ki, Azərbaycanın qüdrətli ordusu tezliklə Qarabağdakı mülki erməniləri də separatçıların girovluğundan azad edəcək. Çox keçmədi ki, bütün dünya buna şahid oldu. Bu əminlik Ali Baş Komandana, cənab Prezidentə, inamdan irəli gəlirdi. Çünki ölkə Lideri 2023-cü ilin may ayının sonlarında Laçındakı evlərinə qayıdan sakinlərlə görüşündə separatçılara, canilərə qəti şəkildə xəbərdarlığını etmişdi, “miatsum”un kitabının bağlandığını, o saxta, qondarma “parlament” oyunlarının bitdiyini demişdi və onlara son dəfə şans vermişdi. Amma separatçılar o zaman növbəti cinayətlərə imza atdılar və Azərbaycan arasında növbəti, dırnaqarası, “seçki keçirməyə” cəhd göstərdilər, cavabları ağır oldu. Budur, Bakıda, cəzalarını çəkirlər və bütün təpkilərə baxmayaraq, Paşinyan belə, onların müdafiəsi üçün addım atmağa cürət etmir, heç həvəsli də deyil, çünki o da cinayətlərdən yaxşı xəbərdardır...

Nikol Paşinyan xüsusilə də antiterror tədbirlərindən - cəmi bir gündən də az çəkən unikal əməliyyatın həyata keçirilməsindən və mülki ermənilərin burnu qanamadan bu əməliyyatın reallaşmasından sonra – artıq sürətli şəkildə həqiqətləri dilə gətirməyə başlayıb. Seçki kampaniyasında “real Ermənistan”ın xəritəsini paylaşmaqla, eyni zamanda seçicilərlə daha cəsarətli şəkildə real söhbətlər aparmaqla, platformasında ilk növbədə Azərbaycanla sülhün əldə olunması tezisini önə çəkməklə, onun özünün və ölkəsinin taleyinin məhz Azərbaycanla əldə olunacaq razılaşmadan asılı olduğunu açıq şəkildə ifadə edir. Diqqətçəkən........

© Müsavat