menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nüvədidən danış, Nikol, Nüvədidən!

12 0
yesterday

Bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində əldə olunmuş razılaşmaları təsadüfən xatırlatmadı. Ölkəmizin baş diplomatı 2025-ci ilin 8 avqustunda Ağ Evin sahibi Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalardan irəli gələn addımları tezləşdirmək mesajı verdi rəsmi İrəvana.

Nazir Azərbaycan tərəfinin bununla bağlı yanaşmasının prinsipial olduğunu nəzərə çatdırdı. Amma xüsusilə qeyd etdi ki, dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Zəruri xatırlatmanı da etdi: “Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişi imzalana bilər...Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır”.

Bakıdan səslənən xəbərdarlıq və ismarışa Nikol Paşinyanın reaksiyası operativ oldu. Amma hər zaman ziddiyyətli mövqeyi ilə diqqət çəkməyə adət etmiş Ermənistanın baş naziri bu dəfə də bəzi “naqolay” fikirlər səsləndirdi.

Azərbaycan XİN başçısının delimitasiya və demarkasiya ilə bağlı prosesin davam etdirilməsinə istiqamətlənmiş mövqeyinə reaksiyasında Paşinyan yenə də İstisu (Cermux) istiqamətində guya Azərbaycanın nəzarətində olan ərazilərin qaytarılması məsələsindən danışıb. Bəzən özünü sülh carçısı kimi göstərmək üçün real Ermənistan qurmağın, Qarabağa iddialara son qoymağın vacibliyindən bəhs edən Paşinyan bəzən öz-özünü danır. Necə ki, İstisu məsələsində qeyri-real mövqe və iddia səsləndirir.

Əvvəla, Azərbaycan hətta Paşinyanın dediyi kimi, Ermənistanın kadastr sənədi olmasa belə, bu ölkənin ərazisinə müdaxilə etməyib. Dövlət........

© Müsavat