Naxçıvana terror hücumu edən İranın əsas məqsədi
Bir həftədir başına od yağan, paytaxtının səması bombalardan aşsüzənə dönən, 37 ildir başında dayanan dini lideri ilə təhlükəsizlik səbəbindən hələ də vida mərasimi keçirib, onu dəfn edə bilməyən İran…bu dəfə də Azərbaycanı hədəfə aldı. Özü də Azərbaycanın bir qərinədən çoxdur blokadada qalan bölgəsini, Kərbəla çölündə köməksiz qalan məsumlara bənzəyən Naxçıvanı…
Naxçıvan Muxtar Respublikasının yüz minlərlə əhalisi Ermənistanın işğalından nə zülmlər çəkib, bunu İranda çox yaxşı bilirlər. Çünki İran rejimi bu blokadanın barını, bəhrəsini çox görüb. Azərbaycanın əsas hissəsi ilə quru rabitəsinin kəsilməsindən sonrakı illərdə İran öz ərazisindən Naxçıvana gediş-gəliş imkanları yaratmaqla, tranzit ölkə funksiyasını yerinə yetirməklə sanki “xilaskar” obrazında görünməyə cəhd göstərib hər zaman. Amma heç zaman düşünməyib ki, bunun da bir sonu olmalıdır, Azərbaycan özünün böyük bir bölgəsi ilə əlaqəsini həm də beynəlxalq hüquqa əsasən, qurmalıdır. Lakin Ermənistan üçün işğal illərində “nəfəslik” - eks-prezident Levon Ter Petrosyanın ifadəsi ilə desək – rolunu oynayan İran İslam Respublikasının rəhbərliyi nə etdi: Zəngəzur dəhlizini özünün “qırmızı xətti” elan elədi, “imkan verməyəcəyik”, dedi. Yüz minlərlə müsəlmanın, Azərbaycanın yolunu kəsməkdən fəxarət duydu bu rejim. İslam, müsəlmanlıq budurmu?!
Diqqət edin, İran dronlarının ilk hədəfi Naxçıvan Beynəlxalq Hava Limanı olub. Naxçıvanlılar üçün nicat yoludur bu marşrut. Onun hədəfə alınmasının başqa yozumu yoxdur: İran istəyir ki, Naxçıvanın tam izolyasiyasına nail olsun. 30 il ərzində bu missiyanı işğalçı Ermənistan icra edirdi, elə fars şovinistlərinin dəstəyi sayəsində. Amma bu gün münasibətlər tamam fərqli məcrada inkişaf edib. Hətta o dərəcədə ki, Ermənistan XİN-in başçısı Ararat Mirzoyan İranın Naxçıvanı hədəfə alması ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova telefon açır, vəziyyəti müzakirə edir. İran rejimi görür ki, müstəqilliyini həzm edə bilmədiyi – həm Cümhuriyyət dövründə, həm də indi – Azərbaycan Respublikası Ermənistanı da Dəmir Yumruqla islah etməyə nail oldu, paraflanmış sülh sənədinin imzalanmasından ötrü sonuncu maneə - Ermənistanın ərazi iddiaları da ortadan qaldırılacaq, ona görə də çaşqınlıq içində ətrafa dronlar səpələyir, ortalığı qarışdırsın. Yeri gəlmişkən, maraqlıdır, Azərbaycana, Türkiyəyə, hətta Gürcüstana ərazi iddiaları irəli sürən, Ermənistan nə səbəbə nəinki Konstitusiya və normativ hüquqi aktlarla, hətta şifahi şəkildə də İrana qarşı ərazi iddiaları ilə çıxış etməyib bu günədək, heç indiyədək bu barədə düşünmüsünüzmü? Axı Türkiyənin Ağrı dağından gerb düzəldən, qardaş ölkəmizin 6 vilayətinə iddia edən Ermənistan məntiqlə Ağrının o tərəfindəki İrana - əslində, Cənubi Azərbaycan ərazilərinə də iddia irəli sürməli idi.Səbəbi aydındır, İran hər zaman Ermənistan üçün “ilana zəhər verən” rolunda oynayıb. İşğal illərində şəhər və kəndlərimizin sökülüb, materialının Araz........
