menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kərkidə salınan “müstəqillik bağı” və “müstəqil”

33 0
21.09.2026

Bu gün, 21 sentyabr Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Əslində qeyd edilir yazmaq reallığın tam əksi deyil. Çünki bu gün dünyanın bir çox bölgələrində ya müharibə gedir, ya münaqişə dondurulmuş vəziyyətdə saxlanılır və hər an “don”un açılmasıyla fəlakətlərin miqyası genişlənə bilər, ya da növbəti müharibə ocaqları ilə bağlı planlar işlənir.

Yaxın Şərqdə vəziyyət göz önündə. İŞİD yoxdur, əvəzində husilər və digərləri var, Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyəni böyük müharibəyə cəlb etmək üçün cəhdlər davam edir. Dünyanın quru ərazilərinin böyük hissəsinə malik olan Rusiya və Ukrayna arasındakı müharibə də yaxın illərdə bitənə oxşamır. İranla ABŞ və İsrailin savaşı da həmçinin…Silah mafiyası, tökülən qanlardan milyardlar qazanan oliqarxlar, ayrı-ayrı dövlətlərin nəzərində hətta sülh danışıqlarının aparılması belə “rentabelli” sayılmadığı halda, Beynəlxalq Sülh Günü sadəcə BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı, 192 ölkənin səsi ilə qəbul edilmiş rəmzi gün kimi xatırlanır.

Yeri gəlmişkən, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayacaq və Azərbaycan sessiyada geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edəcək. Bir həqiqəti də xatırlatmaqda fayda var: əgər 2020-ci ilin bu günlərində Azərbaycan Prezidentinin Ermənistanın növbəti təcavüzkar planı, yeni ərazilər işğal etmək cəhdləri ilə bağlı BMT Baş Assambleyasına müraciətinə adekvat reaksiya olsaydı, təcavüzkara dərs verilsəydi, o halda heç Azərbaycanın 44 günlük DƏRSinə ehtiyac olmaz, torpaqların işğaldan azad olunması minlərlə qəhrəman oğullarımızın həyatı bahasına deyil, sülh yolu ilə həllini tapardı. Varlığı ilə yoxluğu bilinməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 30 ildən sonra təkbaşına həyata keçirən Azərbaycan dövləti savaşda olduğu kimi, sülh prosesində də tək nümunə yaratmağa nail olub. Hətta haqq etmədiyi Sülh Mükafatını alarkən Ermənistanın baş naziri Nikol Paşinyan belə bu həqiqəti........

© Müsavat